Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


14.12.2021  23:48 

Aclıq aksiyası: Azadlıq, ya ölüm





A+  A-

Bir insanın və ya bir qrupun tələblərinin eşidilməsi üçün son çarə olaraq bədənini aclığa məhkum etməsi bir etiraz növüdür.

Tarixi qədim Romada hüquqşünas Nervaya dayanan hadisə Azərbaycanda bu gün də yayğındır. Əsasən siyasi motivlərlə həbs olunanlar suçlamalara etiraz olaraq qidadan imtina edib aclıq aksiyası keçirirlər.

39 gündür aclıq mübarizəsində olan AXCP üzvü Saleh Rüstəmov həbsinə etiraz üçün bu yolu seçib.

Ötən il həbsxana divarları içində 17 gün aclıq etdikdən sonra azadlığına qovuşan müxalifətçi Tofiq Yaqublu öz təcrübəsini bölüşür.

Həkim ekspert Adil Qeybulla aclıq zamanı orqanizmdə baş verən dəyişikliklərdən danışır.

Siyasi psixoloq Samirə Qasımlı aclıq qərarında israrlı olan Saleh Rüstəmov üçün artıq bütün yolların tıxandığını deyir. O hökumətlə Saleh Rüstəmov arasında olan psixoloji gərginlikdən söz açır.

Saleh Rüstəmov artıq 2 gündür sudan imtina edərək, quru aclığa keçib. Yaxınları və siyasi fəallar da Saleh Rüstəmova görə aclıq aksiyasına qoşulub. Həkim Adil Qeybulla onun komaya düşərsə sağlamlığında geri dönülməyəcək zərərlər qalacağını bildirib. Rəsmi qurumlar aclıq aksiyası ilə bağlı susur.

Aclıq mübarizələrinin fərqli nəticələri olur. Hökumət indi qərar verməlidir, Azərbaycanda ən uzun aclıq edən Saleh Rüstəmov azadlığına qovuşacaq, ya ölüm aclığını davam etdirəcək?



Xəbər 1107 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +