Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


08.10.2021  18:06 

Misir Mərdanov İctimai Şura üzvlərini yaltaq və qorxaq adlandırdı





A+  A-

Təhsil Nazirliyi yanında İctimai Şuranın səlahiyyət müddətinin 2021-ci ilin sentyabr ayında bitməsi nəzərə alınaraq, quruma yenidən seçkilər keçiriləcək. Bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, İctimai Şuraya seçkilərin təşkili məqsədilə Seçki Komissiyası yaradılıb.

Məlumata görə, sabiq təhsil naziri Misir Mərdanov da Təhsil Nazirliyi yanında İctimai Şuraya yeni seçkilərdə iştirak edəcək.

XəzərNews xəbər verir ki, bununla bağlı Misir Mərdanov modern.az saytına bildirib ki, o, hazırda İctimai Şurada təmsil olunan şəxslərlə bir sırada görünmək istəmir:

“Mən hazırda həmin İctimai Şurada çalışan adamlar arasında olmaq istəməzdim. İctimai Şuranın sədri deyir ki, o, Allahın olduğunu sübut edib. Belə söz danışan adamı şuraya sədr qoymaq olarmı?



Mən olan yerdə belə adamlar ola bilməz. Məndən soruşsalar, deyərəm ki, ora kim layiqdir, kim yox. Həm də mənim o qədər işim var ki, özümü həmin quruma üzv etmək istəmirəm”.

Sabiq nazirin sözlərinə görə, İctimai Şuradakı şəxslərlə təhsili inkişaf etdirmək olmaz:
“Çoxları yaltaq, qorxaq adamdır, söz deyən deyil. Belə iş görmək olmaz”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov isə Misir Mərdanova cavab olaraq deyib ki, bu dəfə qurumun üzvlüyündə olmaq istəmir:

“Misir Mərdanovun fikirlərinə hörmətlə yanaşıram. Mən heç özüm də bu il şurada təmsil olunmaq istəmirəm və bunu cənab nazirə bildirmişəm. İşlərimin çoxluğu səbəbi ilə bu il sədrlikdə təmsil olunmaq istəmirəm.



Mən Allahın varlığını riyazi yolla isbat etmişəm. İsbatım Rusiyanın “Fəlsəfə” jurnalında dərc olunub. Onlarla alim bu isbatıma rəy verib və bu ideyamın mükafatlandırılmasını tələb edirlər”.

Xatırladaq ki, şuraya üzv olmaq istəyən namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər. Qeydiyyat üçün sənədlər 1 oktyabr 2021-ci il tarixindən etibarən qəbul edilir. Sənədlərin qəbulu müddəti 28 oktyabr 2021-ci il tarixində başa çatacaq.

Xəbər 1284 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +