Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


14.07.2021  10:21 

“Kibercinayətkarlıq ölkələr üçün təhdidlərdən biridir” - Əli Nağıyev





A+  A-

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində “Kiber düşərgə - 2021” adlı yay məktəbinin açılışı keçirilib.
XəzərNews.az xəbər verir ki, iyulun 17-dək davam edəcək və tanınmış təlimçilərin də cəlb olunduğu tədbirin keçirilməsində əsas məqsəd proqramlaşdırma, əməliyyat sistemləri, sosial media platformaları, robot texnologiyası sahələrində fundamental bilik və praktiki bacarıqlara malik məktəblilərin seçilməsi və onlara erkən yaşlarından kibertəhlükəsizlik sahəsi üzrə vərdişlərin aşılanmasıdır.

Əvvəlcə kiber düşərgə iştirakçıları Fəxri xiyabana gələrək müasir Azərbaycanın qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzüblər.

“Kiber düşərgə - 2021” adlı yay məktəbinin İstirahət mərkəzinin akt zalında keçirilmiş açılışında DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, təhsil naziri Emin Əmrullayev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) sədri Ülvi Mehdiyev, Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov, DTX-nin kollegiya üzvləri və struktur bölmələrinin rəhbər şəxsləri, 12-15 yaş arası yeniyetmələrdən ibarət düşərgə iştirakçıları və onların valideynləri iştirak ediblər.

DTX-nin aidiyyəti sahə üzrə məsul əməkdaşı kiber düşərgə barədə ətraflı məlumat verdikdən sonra iştirakçıları salamlayan DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, hazırda kibercinayətkarlıq ölkələrin milli təhlükəsizliyinə yönələn əsas təhdidlərdən biridir və bu da öz növbəsində kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı kadrlara olan tələbatı daha da artırır.

Daha sonra DTX-nin aidiyyəti sahə üzrə məsul əməkdaşının təqdimatında kibertəhlükəsizliklə bağlı slayd-şou nümayiş olunub.

Tədbir yeniyetmə iştirakçıları maraqlandıran suallar ətrafında panel müzakirələrlə davam edib, xaricdə yaşayan, informasiya texnologiyaları sahəsində qabaqcıl şirkətlərlə çalışan mütəxəssislərin onlayn çıxışları dinlənilib.

Tədbir iştirakçıları istirahət mərkəzinin ərazisində təşkil edilmiş innovativ texnologiyaların sərgisi ilə tanış olduqdan sonra DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan konsert proqramına tamaşa ediblər.

Xəbər 1480 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +