Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


25.06.2021  20:38 

Çörəklərin mayasında olan 20 təhlükəli maddə - HƏKİMDƏN DƏHŞƏT





A+  A-

Müasir çörəklər, ən bahalısından tutmuş adi zavod çörəyinə kimi yeni maya ilə hazırlanır. Bu mayadan hazırlanmış çörəyi yedikdə, o bizim qanımıza keçərək, çoxalmağa başlayır və bizim vitamin, mineral, zülal ehtiyatımızı dağıdır. Əvəzinə isə öz toksinlərini qanımıza buraxır.
XəzərNews.az xəbər verir ki, bu sözləri Rusiyanın məşhur həkimi, tibb elmləri namizədi Viktor Xruşev deyib. O, artıq özü də gündəlik menyusundan çörəyi çıxarıb.
"Maya orqanizmə parazit kimi hücum edir. Maya çörəyin içində bişəndə yapışqan kimi kapsulaya çevrilir. Bu kapsullar bağırsaqda açılır və bağırsağın selikli qişasına yapışır. Nəinki bağırsaqda, həmçinin qanın plazmasında yaşayaraq, sürətlə sərbəst çoxalırlar. Nəticədə müxtəlif toksiki zəhərlənmələr, göbələk xəstəlikləri, immunitet zəifləməsi, xroniki xəstəliklər yayılır. Əgər indi mayalı xəmir yeməyi tərgitsək, yalnız 5 ildən sonra qanın plazmasındakı maya təmizlənə bilər.
Ötən əsrin 40-cı illərinə kimi çörəkdə tamam başqa maya istifadə olunurdu. Ona görə müharibə və aclıq dövrünün insanları çətin şəraitə baxmayaraq daha sağlam və uzun ömürlü idilər. Həkim nədir biıməzdilər. O mayanı "xmelevim” adlandırırdılar. O, insanın simbiotik mikrflorasını dağıtmırdı, faydalı bakteriyaları öldürmürdü, xəmir bu mayada 1 sutkaya gəlirdi.
Sonrakı illərdə çörək istehsalı artdığından istehsal prosesini asanlaşdırmaq üçün termofil maya icad olundu ki, bu mayada xəmir 1 saata gəlir.
Bu maya insanın simbiotik mikroflorasını dağıdır, yoğun bağırsaqda faydalı bakteriyaları öldürür, bununla da vitamin, amin turşuları, bioloji aktiv maddələrin sintezi zəifləyir. Mayadan 500 növ göbələk yaranır ki, onun 30-u insan üçün ölümcüldür.
Hazırda dünyada 80% böyüklər, 95% uşaqlar arasında göbələk xəstəlikləri artıb. Bu xəstəlikləri müasir aptek dərmanları da sağalda bilmir.
QOST təlimatına görə çörəkbişirmə müəssisələrində istifadə olunan presslənmiş mayanın hazırlanması üçün aşağıdakı materiallar istifadə olunur:
-Pivə istehsalında istifadə olunan solod
-Kartof nişastası
-Duz
-Ammiak
-Ammoniy
-Fosfomin
-Kaliy
-Karbamid
-Maqniy
-Süd turşusu
-Tiamin bromid
-Biotin
-Köpük verici maddə
-Plastifikator
-Formalin
-Emulqator
-Poliqliserin efiri
-Soda
-Bor turşusu
-Hidrogen peroksid
-Pambıq və tənzif
Bütün bunlar maya yetişdirilməsi üçün lazım olan kimyəvi mühitdir. Maya isə göbələkdir.
Uşaqlarda körpəlikdən baş qaldıran immunitet zəifliyi, allergik xəstəliklər, mədə-bağırsaq pozulmalarının səbəbini çox yerdə axtarırsız, amma masanın üzərində olan çörəyi görmürsüz.

Xəbər 1793 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +