Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


23.11.2020  17:11 

“Azəriqaz”dan şəhid və qazi ailələrinə müraciət





A+  A-

“Azəriqaz” İstehsal Birliyi açıqlama yayıb.
XəzərNews.az həmin açıqlamanı təqdim edir:

“Son vaxtlar sosial şəbəkələrdə və bəzi internet saytlarında işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda 2020-ci il sentyabr ayının 27-də başlanılan Vətən müharibəsində iştirak edən əsgər və zabitlərimizin qaz təsərrüfatı ilə bağlı problemləri yer almaqdadır. Qeyd edək ki, bu məlumatların hamısı diqqətdə saxlanılır, təsdiqini tapanlar, həqiqəti əks etdirənlər barədə müvafiq tədbirlər görülür. Qaz xətlərinin çəkilməsi, qapı keçidlərinin quraşdırılması, sayğaclarla bağlı müəyyən çətinliklər “Azəriqaz” İstehsalat Birliyinin imkanları daxilində həll edilir.

Bu kimi mövzular sırasında rast gəlinən məqamlardan biri də təbii qazdan istifadəyə görə yaranan borcun ödənilməsində güzəştlərin istənilməsi ilə bağlıdır. Birliyin rəhbərliyi müəyyən addımların atılması üçün belə qərara gəlib ki, 2020-ci il sentyabr ayının 27-də başlanılan Vətən müharibəsində yaralanan və şəhid olan əsgər və zabitlərimizin təbii qazdan istifadəyə görə yaranan borcları ilə bağlı məsələlər mərkəzləşdirilmiş şəkildə qeydə alınsın.

Xahiş olunur ki, bu cür çətinlikləri olan yaralı əsgər və zabitlərimiz, eləcə də qəhrəmancasına şəhid olan əsgər və zabitlərimizin qanuni varisi olan ailə üzvləri qeyd edilən ([email protected][email protected] ) elektron poçt ünvanına müraciətlərini göndərsinlər. Bu müraciətlərdə yaralı əsgər və zabitlərimizin qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şəhər və rayon bölməsi qeyd olunmalı, hərbi biletinin və şəxsiyyət vəsiqəsinin surəti, eləcə də təbii qazdan istifadə etməsi barədə müqaviləsinin surəti əlavə edilməlidir.

Şəhid ailələri isə şəhid olmuş əsgər və zabitin qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şəhər və rayon bölməsini qeyd etməli, eləcə də təbii qazdan istifadə barədə onunla vaxtı ilə imzalanmış müqavilənin surətini əlavə etməlidirlər. Bu müqavilə şəhidin vaxtilə yaşadığı ünvanda hazırda onun qanuni varisi olan ailə üzvlərindən biri ilə də bağlanmış ola bilər”.

Xəbər 1632 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +