Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


06.07.2020  19:03 

Masallının İcra Başçısına (məxfi məktub)





A+  A-


Hörmətli Şahin müəllim! Bilirəm ki, rayona Başçı təyin olunmanızın hələ bir ili də tamam olmayıb. Amma Sizi yaxından, uzaqdan tanıyan bir çoxları deyir ki, yaxşı insansınız – xeyirxah, sadə, səmimi, yəni əsil rəhbərə layiq olan sima.

Sizi tanımasam da, bu sayaq keyfiyyətlərə malik olduğunuza şübhə etmirəm və niyə də olmayasınız. Amma mənim nəzərlərimdə Siz, ilkin olaraq, bir rayonun rəhbərisiniz. Buranın bütün ağırlıq yükü çiyinlərinizdədir. Problemlərin həlli istiqamətində atacağınız addımların doğru-dürüstlüyünü hamının eyni cür qəbul edə bilməməsi səbəbindən, təbii ki, müxtəlif zaman kəsimlərində Sizə olan münasibət və baxışlar da dəyişəcəkdir. Çünki hamının eyni düşüncəyə malik olmaması, hadisələrə öz baxış bucağından qiymət verməsi – yəni, hər kəsin öz mövqeyində özünü haqlı bilməsi əsil həqiqətə düzgün qiymət verməməsilə nəticələnəcəkdir. Həqiqət isə birdir: kimin qəbul edib-etməməsindən asılı olmayaraq. Əlahiddə olaraq, bir rayon rəhbərliyinin bütün mövcud çatışmazlıqların öhdəsindən gəlməsi mümkünsüzdür, amma məsələlərin çözülməsi üçün yuxarı instansiyaların qarşısında məsələlər qaldırıla, uğurlu nəticələr əldə edilə bilər.
Mütəmadi olaraq, virtual qəbullar təşkil edirsiniz – gözəl, vətəndaşların problemləri ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verirsiniz – o da gözəl (bunlar həllini tapır və ya əksi olur, bundan xəbərsizəm). Bəs, o zaman aylardır ki, KİV vasitəsilə rayon rəhbərliyinə ünvlanladığım müraciətlərə heç bir reaksiya verilməməsini necə dəyərləndirim, yəni hansı səbəbdən o da “gözəl” olmasın?

Mən, fərdi deyil, Boradigah qəsəbəsindəki ümumi problemlərin çözülməsindən yana uzun müddətdir ki, mətbuatda çıxışlar etsəm də, müvafiq qurumlara müraciətlər ünvanlasam da, bu günədək heç bir müsbət nəticə yoxdur. Sonuncu yazımda vurğuladığım kimi, “daşdan, kəsəkdən, hətta qəbirstanlıqdakı qranit mərmərdən hazırlanan baş və sinə daşlarından səs çıxır, amma bunların heç cınqırtısı da çıxmır”. Niyə belə olmalıdır? Adi bir problemi rayon səviyyəsində çözmək bu qədərmi çətindir? Məsələlərin çözülməsi istiqamətində əməli addımların atılmamasını necə dəyərləndirməliyik? Yenə də ətrafınızdakıların Sizi bilgiləndirməməsi kimi, şablon bir fikrə istinad edəkmi? Belədirsə, o zaman ortaya iki nəticə çıxacaqdır: 1) Baş verənlərdən xəbərdar deyilsiniz və sizi məlumatlandırmırlar; 2) Xəbərdarsınız, lakin əhəmiyyət vermirsiniz. Təbii ki, hər iki hal qəbuledilməzdir, lakin mən, yenə də 1-ci halın reallığını qəbul etmək istərdim və buna da təəssüf edirəm...

Düzdür, problemlərin bünövrəsi sizin Başçı təyin edildiyiniz zaman kəsiminə aid deyil, sələflərinizin xətası saya və ölçüyəgəlməz qədərdir. Amma bu, əsas verə bilməz ki, Sizin zamanınızda da pöhrələnib şaxə qalxmalıdır. Axı, bu gün bu rayonun rəhbəri Sizsiniz və bütün nəzərlər həm də Sizə dikilib. Özünüz də gözəl bilirsiniz ki, Sizin düzgün qərarlarınız, bu istiqamətdə atacağınız addımlar problemlərin həllini birdəfəlik çözə, yenilərinin yaranmasına sədd çəkə bilər. Bir anlıq təsəvvür edək ki, bütün bunlardan (həqiqətən də) xəbərsizsiniz, o zaman Boradigah qəsəbəsindəki acınacaqlı durumun qısa xronologoiyasını təkrar Sizə çatdırmağı özümə borc bilirəm.

12 minlik əhalisi olan Boradigah qəsəbəsinin 565 ha pay torpağının düzgün bölüşdürülməməsi səbəbindən, bir çox pay torpaqları zəbt olunub. Təkcə, “Çaylıq” deyilən ərazidə hektarlarla pay torpağı birbaşa “işğala” məruz qalıb, yerində evlər inşa edilib. Ətrafındakı meşə zolaqlarının - artıq hər biri ayrı-ayrılıqda 0,5 km uzunluğunda olan 1-ci və 2-ci “müdafiə xətləri” yox edilmək üzrədir, buradakı Eldar və Küknar şamlarının, Palıd ağaclarının əksəriyyətinin, Qırmızı kitaba adı düşən və milli sərvət kimi qorunmalı olan (el arasında adına Nil deyilən) Azad ağaclarının isə hamısı qırılıb. Vaxtı ilə kənd təsərrüfatının təyinatı üzrə salınmış və ərazidə ekoloji tarazılıq yaradan su hövzələri (1-ci və 2-ci “dərə”lər) demək olar ki, dağıdılıb, ərazisi mənimsənilib. Burada biriləri su yolunu, ayrı biriləri gediş-gəliş yolunu bağlayır, bir başqaları da ağla gəldiklərini edir, bunlara isə, “dur” deyən yoxdur. Dəfələrlə qəsəbə icra nümayəndəsinə, yerli bələdiyyə sədrinə və üzvlərinə bildirmişəm ki, bu zamanadək tikilən evlər və tikilməkdə olanlar istisna olmaqla, digər ərazilərin qanunsuz zəbt olunması durdurulsun, meşə zolaqlarına qənim kəsilənlərin və ərazisini mənimsəyənlərin, su hövzələrini dağıdıb öz şəxsi istifadəsi üçün çalışanların qarşısı alınsın, lakin özbaşınalıq davam etməkdədir. Bütün bunlara göz yumulmasında, seyrçi münasibət sərgilənməsində məqsəd nədir, vətəndaşları öz dövlətindən narazı salmaqmı? Ayrı cür düşünmək də olmur - əgər, bütün baş verənlərə kiçicik bir reaksiya verilmirsə, başqa nə deyilməlidir ki?

Mən, burada o işi görənləri birbaşa qınamaq fikrində deyiləm. Çünki günahkar onlar deyil, onlara bu şəraiti yaradanların özləridir. Bütün bunlar, şübhəsiz ki, ilk öncə rayon rəhbərliyinin biganəliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti regional şöbələrinin yarıtmaz fəaliyyətinin nəticəsidir. Zamanında qarşısı alınsaydı, təbii ki, sadaladıqlarımızın heç biri baş verməzdi... Amma yenə də gec deyil və ziyanın yarısından qayıtmaq olar.

Cənab Başçı! Bu problemlərin çözülməsində Sizin qətiyyətiniz kifayətdir ki, hər daş, hər kərpic öz yerini tutsun. Əminəm ki, sadaladıqlarım qısa zaman kəsiyində öz müsbət həllini tapa bilər - əgər, Sizin istəyiniz olarsa. O zaman çox istərdim ki, təkcə, Sizin insani keyfiyyətlərinizi deyil, eyni zamanda, yüksək rəhbərlik və idarəetmə qabiliyyətinizi də önə çəkərək, “Şahin müəllim həm də gözəl rəhbər – İcra başçısıdır” ifadəsini işlədənlərin sayı-hesabı olmasın . Mən, qəlbən belə bir ifadəni işlətmək istərdim...

Vasif Hüseynov
“Xəzərnews” Xəbər Portalının Baş redaktoru





Xəbər 6837 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +