Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


28.12.2019  17:04 

Marşrutların hərəkət sxemi dəyişəcək





A+  A-

Bir neçə xətt üzrə marşrutların hərəkət sxemində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən XəzərNews.az-a verilən məlumata görə, Badamdar qəsəbə sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq 3 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib. Qəsəbə sakinlərinin “Elmlər Akademiyası” m/st, Statistika komitəsi, “Gənclik” metro stansiyası, Atatürk prospekti, 7-ci mikrorayon və “Dərnəgül” m/st istiqamətində birbaşa daşınmasının, eyni zamanda A.Abbaszadə küçəsi (Oksford məktəbi) ətrafında məskunlaşan sakinlərin 3 nömrəli marşrutdan hər iki istiqamət üzrə istifadəsinin təmin edilməsi məqsədilə avtobuslar Badamdar qəsəbəsinədək hərəkət edəcək.

3 nömrəli marşrutun Badamdar qəsəbəsinə uzadılmasından sonra H.Cavid pr. istiqamətində yaranan təkrarlanmanın aradan qaldırılması məqsədilə, 53 nömrəli marşrut üzrə avtobusların da hərəkət sxemində müəyyən dəyişiklik edilib. Belə ki, 53 nömərli xətt üzrə avtobuslar;

“20-ci Sahə” dairəsi istiqamətində: Badamdar qəsəbəsi – Badamdar şosesi – Parlament prospekti – Azneft dairəsi – Neftçi Qurban küçəsi – Bibiheybət yolu – 20-ci Sahə dairəsi

Badamdar qəsəbəsi istiqamətində: 20-ci Sahə dairəsi – Mikayıl Useynov küçəsi – Azneft dairəsi – Parlament prospekti – Badamdar şosesi - Badamdar qəsəbəsi istiqamətində hərəkət edəcək.

Həmçinin, Binə “Atçılıq” adlanan ərazidə yaşayan sakinlərin Binə qəsəbəsində yerləşən dövlət müəssisələri, məktəb, bağça və digər iaşə obyektlərinə gediş-gəlişində çətinliklərin aradan qaldırılması məqsədilə 160 A nömrəli müntəzəm marşrut xətti təşkil edilib. 160 A nömrəli marşrut xətti üzrə avtobuslar;

Binə qəsəbəsi istiqamətində: Binə “Atçılıq” adlanan yaşayış sahəsi – Binə qəsəbəsi (Əli İsazadə küçəsi) –326 nömrəli məktəb (Şah İsmayıl Xətai küçəsi)

Binə “Atçılıq” adlanan yaşayış sahəsi istiqamətində: Binə qəsəbəsi (326 nömrəli məktəb) - Şah İsmayıl Xətai küçəsi - Əli İsazadə küçəsi - Binə “Atçılıq” adlanan yaşayış sahəsi istiqamətində hərəkət edəcək.

Hövsan qəsəbəsindən Türkan qəsəbə mərkəzi istiqamətində marşrutun təşkil edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla isə 210T nömrəli müntəzəm marşrutlar təşkil edilib. 210T nömrəli marşrut xətti üzrə avtobuslar;

Türkan qəsəbəsi istiqamətində: Hövsan qəsəbəsi (İlqar Əhlimanov küçəsi) – Hövsan şosesi – Türkan qəsəbəsi (119 nömrəli məktəb)

Hövsan qəsəbəsi istiqamətində: Türkan qəsəbəsi (119 nömrəli məktəb) - Hövsan şosesi – Elman Qasımov küçəsi - Hövsan qəsəbəsi (İlqar Əhlimanov küçəsi) istiqamətində hərəkət edəcək.

Ə.Hacıyev küçəsinin ensiz olması, dayanacaq cibinin olmaması və həmin küçədə avtobusların yaratdığı sıxlığın aradan qaldırılması məqsədi ilə 106,113,191 və 213 nömrəli marşrutların hərəkət istiqamətləri dəyişdirilərək son dayanacaq məntəqəsi Qara Qarayev prospektində (kənar hərəkət hissəsi) təşkil edilib.

“Qara Qarayev” metro stansiyası istiqamətində: Şirin Mirzəyev küçəsi – Tofiq Abbasov küçəsi – Azər Manafov küçəsi - Qara Qarayev prospektinin kənar hərəkət hissəsi (parkın qarşısı).

Bakıxanov dəmiryol stansiyası istiqamətində: Qara Qarayev prospektinin kənar hərəkət hissəsi (parkın qarşısı) – Azər Manafov küçəsi – Tofiq Abbasov küçəsi – Şirin Mirzəyev küçəsi daha sonra mövcud xətt üzrə.

76 və 78 nömrəli marşrutların başlanğıc və son dayanacaqlarının eyni olması və marşrutların bir birinin hərəkət sxeminin təkrarlanması səbəbindən 78 nömrəli marşrut ləğv edilib. Bununla əlaqədar 76 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib.

“Neftçilər” metro stansiyası istiqamətində: Bakıxanov dəmiryol stansiyası (Yavər Əliyev küçəsi) - Nazim İsmayılov küçəsi – Eldar Xəlilov küçəsi – Muxtar Fətəliyev – Ruhulla Axundov küçəsi - Sakit Qocayev küçəsi daha sonra mövcud xətt üzrə.

Bakıxanov qəsəbəsi istiqamətində: Sakit Qocayev küçəsi - Ruhulla Axundov küçəsi - Muxtar Fətəliyev – Eldar Xəlilov küçəsi - Nazim İsmayılov - Bakıxanov dəmiryol stansiyası (Yavər Əliyev küçəsi).

Qeyd edilən bütün dəyişikliklər 30 dekabr 2019-cu il tarixindən tətbiq olunacaq.

Xəbər 1360 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +