Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


12.12.2019  12:32 

“Həzi Aslanov” stansiyasının bir çıxışı bağlana bilər - RƏSMİ





A+  A-

Hazırda metronun 2002-ci ildə istifadə verilmiş “Həzi Aslanov” stansiyasının əsaslı təmirilə bağlı planlaşdırma işləri həyata keçirilir.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, “Həzi Aslanov” stansiyasındakı hidregeoloji şərait zamanla dəyişdiyindən, əsaslı təmirə ehtiyac yaranıb:

“Stansiya infrastrukturunu və onun konstruksiyasını hazırda hər hansı təhlükə gözləmir. Əsaslı təmir məhz gələcəkdə yarana biləcək təhlükənin qarşısını əvvəlcədən almağa hesablanıb. Buna müvafiq olaraq da profilaktik tədbirlər həyata keçirilir. Korroziya və təmizləmə də metroda daimi olan bir prosesdir. Müqayisə üçün deyim ki, dünyada elə metrolar var ki, 40-50 il ərzində öz xüsusiyyətlərini qoruyur. Amma “Bakı Metropoliteni”ndə bu belə deyil. Bizdə xüsusi işçi qruplar var ki, bununla məşğuldurlar. “Həzi Aslanov” stansiyasında 2002-ci ildə Heydər Əliyevin səyləri nəticəsində Avropa İttifaqının ayrıdığı maliyyə vəsaiti hesabına işlər tamamlandı. Bu gün-17 il sonra stansiyanın təmirinə ehtiyac yaranması normaldır. Bu işlər “Xətai” stansiyasında da görülüb, hətta müəyyən dövrdə stansiya bağlanıb. Amma işlər çərçivəsində “Həzi Aslanov” stansiyası bağlanmayacaq. Çünki bu stansiya “Xətai”dən fərqli olaraq iki çıxışlıdır. Ehtiyac yaranacağı təqdirdə stasniyanın bir çıxışında hərəkət məhdudlaşdırılacaq”.

Metropoliten rəsmisinin sözlərinə görə, hazırda planlaşdırmada təmirin hansı istiqamətdə aparılacağı müəyyənləşdirilir:

“Ümumilikdə təmir işlərinə gələn ildən başlanacağı nəzərdə tutulub, amma dəqiq vaxt məlum deyil. Hazırlıq işlərindən asılı olaraq hətta əsaslı təmirin başlanması gələn il yox, o biri ilə də qala bilər. Bu, işlərin gedişindən asılı olaraq, uzana və qısala bilər. Ümumilikdə hərəkətin məhdudlaşdırılması, yaxud stansiyanın bağlanması qərarı tədbirlər planına uyğun verilir. Amma dediyim kimi, stansiyanın iki çıxışlı olması səbəbindən təmir zamanı stansiyanın bütünlüklə bağlanması nəzərdə tutulmayıb. Məsələn, “Xətai” stansiyasında təmirin birinci mərhələsini 2016-cı ildə bitirdik, amma hazırlıq mərhələsinə 2014-cü ildə başlanılmışdı. Bu baxımdan dəqiq vaxt söyləmək bir qədər çətindir”.

Xatırladaq ki, “Həzi Aslanov” metrostansiyası- “Bakı Metropoliteni”nin Qırmızı xəttinin sonuncu stansiyasıdır. 2002-ci il dekabrın 10-da ilk sərnişinlərini qəbul edən stansiyanın rəsmi açılış mərasimi 2003-cü ilin iyul ayının 7-də keçirilib. İnşaatına 1980-ci illərdə başlanmış, lakin 1990-cı illərin böhranlı illərində dondurulmuş stansiya tikintisi Avropa Birliyinin ayırdığı 4,5 milyon avro hesabına tamamlandığından rəsmi açılış mərasiminə bu qurumun da səlahiyyətli nümayəndələri dəvət edilmişdi. Tikintinin qalan məbləğini isə Azərbaycan dövləti öz üzərinə götürmüş və inşaat işlərinə 5,5 milyon manat ayırmışdı.

Xəbər 1244 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +