Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


05.12.2019  12:20 

Vilayət Quliyev eks-naziri oğurluqda ittiham etdi





A+  A-

Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, tənqidçi, ədəbiyyatşünas Vilayət Quliyev sabiq Rabitə naziri Nadir Əhmədovu onun araşdırma-yazısını oğurlamaqda ittiham edib.
XəzərNews.az xəbər verir ki, səfir bu barədə sosial şəbəkədə məlumat paylaşıb. Keçmiş Xarici İşlər naziri bildirib ki, Nadir Əhmədov onun 2008-ci ildə “525-ci qəzetdə” çap olunan “Türk ordusunun azərbaycanlı generalları” adlı məqaləsinin sərlövhəsini və bir sözünü də dəyişmədən əvvəlcə “İblis xislətli erməni” kitabında, daha sonra öz saytında yerləşdirib:

“Deyəsən, son illərdə əli maddi çax-çuxdan çıxan keçmiş həmkarım Nadir Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib. İndi quqlda axtarış verəndə bir sətrini də yazmadığı uzun zəhmət və axtarışların bəhrəsi olan bu araşdırma-yazı Nadir müəllimin “əsəri” kimi təqdim olunur.

Məqalədə haqqında danışılan general-polkovnik Mehmet Nuri və ordu generalı Mahmud Berköz (Sarıkərimli) qardaşları əslən şəkili olduqları üçün yəqin Nadir müəllim elə hesab edir ki, bu mövzudan yazmaq başqa bölgədən olan bir kimsənin işi deyil, yalnız onun şəninə şayandır. Amma yeni peyda olmuş “qocaman ədib” heç olmazsa, köhnə şəkili kimi vətəninin övladlarından söz açan yazıya bir-iki məhəlli ştrix əlavə eləsəydi, yenə də dərd yarı idi.

Görünür, “oğrudan oğruya halaldır” prinsipi ilə hərəkət edən Ülviyyə Tahir qızı adlı bir xanım da eyni yazını başlığını da dəyişmədən “Xalq cəbhəsi qəzeti”ndə öz araşdırması kimi çap etdirib. Əcəb işdir! Adam bilmir qocasından rəncidə olsun, yoxsa cavanından incisin! Yəqin ki, ən salamat yolu oxucu sayını artırdıqlarına görə bu “müəlliflərə” təşəkkür etməkdir”.

Qeyd edək ki, V. Quliyev 1999-2004-cü illərdə Xarici İşlər naziri, N. Əhmədov isə 1997-2004-cü illərdə Rabitə naziri olub.

Xəbər 1552 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +