Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


20.07.2019  15:48 

“Virtual müharibə” anlayışı





A+  A-

Gənclər arasında istənilən sahədə inkişaf və ya istənilən sahəyə gənclərin cəlb edilməsi üçün müxtəlif vasitələrdən istifadə edilir. Bu vasitələr hər dövrün öz tələbinə uyğun şəkildə seçilir. Hazırda sosial şəbəkələr və internet daha dolğun vasitəs hesab edilir. Haqqında danışdığımız sahədə də, yəni gənclər arasında həmrəylik və milli özünəməxsusluğun gücləndirilməsi məsələsində də internetin, virtual aləmin rolu böyükdür.

Siyasi aspektdən yanaşdıqda, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi milli özünəməxsusluğun tərkib hissəsi hesab edilə bilər. Bu münaqişənin həllində gənclərin üzərinə böyük yük düşür. Gənclər bütün məsələlərdə, xüsusi ilə dövlətimizin ərazi bütövlüyü və suverenliyinə xidmət edən mövzularda daim həmrəy olmalıdır. Lakin, bu hər zaman müsbət istiqamətdə olmur. Buna görə də, bu məsələni müxtəlif yollarla tənzimləmək lazımdır. Fikrimcə, gənclər arasında həmrəyliyin gücləndirilməsinə nail olmaq maarifləndirməni tələb edir. Sosial şəbəkələrdə gənclərin bu yöndə fəaliyyətinin təmin edilməsi virtual müharibənin bir parçası hesab edilə bilər.

“Virtual müharibə” anlayışı iyirmi birinci əsrin tez - tez eşidilən ifadəsidir. Bu simvolik ad altında Azərbaycanın ali, orta ixtisas məktəblərinin tələbələri, həmçinin Azərbaycan Respublikasında hərbi xidmət keçən hərbi qulluqçular arasında maarifləndirici tədbirlər keçirmək vasitəsilə bu gün dünyada odlu silahdan da təhlükəli və effektiv olan informasiya müharibəsinin ərazi bütövlüyünün 20 % təcavüzkar Ermənistan tərəfindən işğal olunan Azərbaycan üçün vacibliyini çatdırmaq, sosial şəbəkələrdə informasiya müharibəsinə yönəlmiş prosesslərdə gənclərin aktiv olmasına çalışmaqdır.

Belə ki, cəmiyyət olaraq, informasiya müharibəsinin vacibliyini dərk edəriksə, dünyaya da haqq səsimizi çatdıra bilərik. Bu fəaliyyət yalnız Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət etməməlidir. Eyni zamanda, dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərinə də müsbət mənada təsir etməlidir.

Təbii ki, düşmən bu mübarizəyə bizdən çox əvvəllər başlayıb. Bu gün ermənilərin onlarla saytı bizim əleyhimizə fəaliyyət göstərir. Ermənilər informasiya sahəsində ixtisaslaşaraq fəaliyyət göstərirlər. Amma heç vaxt gec deyil, hesab edirik ki, hər anın bir hökmü var. Bu üzdən də cəmiyyətin toplu şəkildə bu mübarizədə dövlətimizin yanında olmasını təmin etməyi məhz, QHT-lərin, media qurumlarının üzərinə düşür.

Bizlər Azərbaycan dövlətinin milli maraqlarından çıxış edərək, ciddi və doğru maarifkləndirmə işləri apara biləriksə, bu bizim növbəti qələbəmizin başlanğıcı ola bilər. Çünki hazırda ölkəmizdə ideologiya ilə işə çox az yer ayrılır. Hansı ki, bütün sahələrdə naliyyətin əldə olunmasında əsas rolu məhz, ideoloji iş tutur. Bu üzdən də “Virtual müharibə” adı altında informasiya müharibəsində cəmiyyətin maarifləndirilməsini vacib hesab edirik.

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar
İctimai Birliyinin Analitik Qrupu


Bu məqalə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsi çərçivəsində hazırlanıb.



Xəbər 563 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +