Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


26.05.2019  13:08 

Düzgün istiqamət götürsək, səsimiz daha da uzaqlara çatacaq





A+  A-

Milli dəyərlər və milli psixologiya hər bir millətə məxsus spesfik sfera ilə müəyyən olunur. Mövzuya Ümummilli lider Heydər Əliyevin sözləri ilə başlasaq "Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsilə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır".

Gənc nəsil milli özünü dərki formalaşdırmaqla həm vətənpərvərlik ruhunda yetişir, həm də beynəlxalq səviyyədə milli özünəməxsusluğu qoruyub saxlayır. Bunun isə ən optimal üsulu KİV hesab olunur. İnformasiya və ETT-dən istifadə edərək geniş miqyasda həmrəliyi gücləndirmək olar. Sosial şəbəkələrdə Azərbaycana məxsus problemləri açıq müzakirəyə qoymaqla və bu mövzuda rəy sorğusu keçirməklə ümümi ictimaiyyət üçün açıq şəkildə məsələləri həll etmək olar.

Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, cənab Prezidentin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması mövzusu müzakirə edilir. Bu məsəslələr bəzən gənclər arasında mənfi rəylərlə də qarşılana bilər. Bunun qarşısını almaq üçün gənclər arasında sosial şəbəkələrdən istifadəni qanunvericiliklə tənzimləmək lazımdır.

Həmrəylik məfhumunu sosial şəbəkələrdə yaymaq üçün gənclər adətən qrup halında fəaliyyət göstərirlər, səbəbi isə bu halda nəticələrin daha effektiv olmasının aşkarlanmasıdır. Lakin həmrəylik problemi dövlətçilik baxımından o dərəcədə aktual və mürəkkəbdir ki, araşdırmaların davam etdirilməsi böyük zərurətdir. Həmin kontekstdə azərbaycanlıların həmrəyliyi məsələsi son dərəcə önəmli və üzərində düşünülməli faktor olaraq qəbul edilməlidir. Bu aspektdən həmrəylik və milli özünüdərkdə fərdlərin bir-birinə etimadı prinsipial rol oynayır.

Azərbaycanlıların həmrəylik məsələsi Azərbaycan Respublikasının siyasi-coğrafi sərhədlərini aşır. Buraya dünyanın bütün regionlarında yaşayan azərbaycanlılar daxildir. Yəni azərbaycanlıların vahid millət kimi birliyi və bərabərliyi məsələsi qoyulub. Bu o deməkdir ki, Azərbaycan xalqının və dövlətinin gələcəyi ilə bağlı məsuliyyəti harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar daşıyırlar.

Bu prinsipin strateji mənası böyükdür. Çünki tarixdə ilk dəfə olaraq müstəqil dövlət məsələsi həmrəylik kontekstində bu cür lakonik və dəqiq şəkildə qoyulub. Bu səviyyədə həmrəyliyi gənclər arasında yaymağın ən yaxşı yolu bu günki gündə sosial media və sosial şəbəkələr sayılır. Azərbaycan üçün ən ağrılı məsələ olan Xocalı soyqırımını sosial şəbəbkələrdə düzgün təbliğ etsək ədalətli düşüncə tərzlərinin artmasına nail olmaqla yanaşı, beynəlxalq səviyyədə də səsimizi eşitdirə bilərik. Bu isə biz gəclərin üzərinə düşən ən vacib vəzəfələrdən biri hesab oluna bilər. Çünki Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütün dünyaya qarşı törədilmiş bir cinayətdir. Buna baxmayaraq bəşəriyyət öz susqunluğunu qoruyur.

İnternet medianın hökm sürdüyü bir vaxtda yaşayırıq. Özümüzə düzgün hədəf, düzgün istiqamət götürsək, gördüyümüz işi sosial mediada düzgün təbliğ etsək, səsimiz daha da uzaqlara çatacaq. Misal olaraq “Justice for Khojaly” bu istiqamətdə atılmış ən uğurlu addımlardan biridir.

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar
İctimai Birliyinin Analitik Qrupu


Bu məqalə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsi çərçivəsində hazırlanıb.



Xəbər 568 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +