Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


30.07.2019  09:57 

“Vəkillərə döş nişanı veriləcək“ – Anar Bağırov





A+  A-

“Bu gün Azərbaycan vəkilliyinin yaranmasından düz 1 əsr ötür. Vəkilliyimiz ilk 100 ilində çox sınaqlar yaşadı, çətin və iztirablı 70 illik Sovet hakimiyyəti dövrü isə vəkilliyin mövcuduğu üçün əsl mübarizə illəri idi. Bir çox vəkillərimiz 30-cu illərin repressiya qurbanı oldular, vəkillik hüquqsuz və formal, Ədliyyə Nazirliyi tərəfindən idarə olunan və ondan asılı olan bir qurum kimi fəaliyyət göstərdi”.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkə hesabından etdiyi paylaşımında bildirirb.

A.Bağırov qeyd edib ki, 2019-cu il Azərbaycan vəkilliyi tarixinə yubileylər ili kimi düşəcək:

“Məlum olduğu kimi, bu il vəkilliyin yaranmasının 100, vəkilliyə müstəqillik bəxş edən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbulunun 20, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının təsis edilməsinin isə 15 illiyi tamam olur.

Bu yüz ilin ən şərəfli günü isə məhz xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə vəkilliyi müstəqil və özünü idarə edən təsisat kimi tanıyan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbul edildiyi 28 dekabr 1999-cu il tarixi oldu. Beləliklə, 20 il əvvəl vəkilliyə müstəqillik verən ilk postsovet ölkələrindən biri kimi dünya vəkillik tarixinə adımız yazılmış oldu.
Yalnız bundan sonra Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcıları və ilk vəkillərimiz olan böyük Əlimərdan bəy Topçubaşovun, Fətəlixan Xoyskinin, Xəlilbəy Xasməmmədovun, İsmayılxan Ziyadxanovun arzuları gerçəkləşdi, onların çatdıra bilmədikləri iş yerinə yetirildi, vəkillik tam müstəqil bir peşə birliyinə çevrildi və mütərrəqi məhkəmə-hüquq islahatlarının məntiqi sonu kimi 3 noyabr 2004-cü ildə hazırkı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis edildi.

Azərbaycan vəkilliyi 100 illiyini vəkil andına sadiq qalaraq aztəminatlı, imkansız, sosial qayğıya ehtiyacı olan vətəndaşlarımıza hüquqi və maddi yardım aksiyası ilə qeyd edir. Bu gün vəkil qurumlarımız və vəkillərimiz bu xeyirxah missiyanı bütün Respublika ərazisində həyata keçirirlər.
Bu bizim seçimizdir - bayramımızı qayğıya ehtiyacı olan insanlarla paylaşmaq!”

Sədrin szlərinə görə, 2019-cu il boyu vəkilliyin 100 illiyinə, müstəqilliyinin 20 illiyinə, Vəkillər Kollegiyasının yaranmasının 15 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri həyata keçirilir:

“Və bu tədbirlər ilin sonunadək davam edəcək. Həmçinin bir sıra vəkillərimiz vəkilliyin 100 illiyinə həsr olunmuş yubiley döş nişanı ilə də təltif olunacaqlar. Oktyabr ayının əvvəlində isə xarici qonaqların, rəsmi şəxslərin və bir çox vəkilllərimizin iştirakı ilə vəkilliyin yubiley ilinə həsr olunmuş möhtəşəm tədbirin keçirilməsi də nəzərdə tutulub.

Müstəqil dövlətimizin müstəqil, şərəfli və şanlı vəkilliyimizin mübarək günü, vətəndaşlara peşəkar hüquqi yardım göstərən, insan hüquq və azadlıqlarının təmin edilməsi kimi dövlətin əsas missiyasına xidmət edən, dövlətçiliyin keşiyində dayanan ən etibarlı əsgərləri olan vəkillərimizin bayramları mübarək olsun! Ulu tanrı Azərbaycan vəkillərini qorusun!”

Xəbər 1435 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +