Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


24.06.2019  20:18 

Londonda Zamirənin məhkəməsi oldu - Milyonları hara xərcləyib?





A+  A-

Bu gün İngiltərənin Vestminster magistrat məhkəməsində Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə növbəti məhkəmə prosesi başlanıb.
XəzərNews.az “Jersey Evening Post”a istinadən xəbər verir ki, məhkəməyə qatılan Zamirə Hacıyeva Azərbaycana ektradisiya olunmasına qarşı çıxaraq ədalətli mühakimə olunmadığını bildirib. Hacıyevaya qarşı qaldırılan ittiham aktında bildirilir ki, o, Avropadakı lüks butiklərdə, otellərdə, restoran və məşhur mağazalarda 15,5 milyon funt sterlinq xərcləyib. 55 yaşlı Hacıyeva özünə, ailə üzvlərinə qızıl, daş-qaş alaraq, 3 uşağının yüksək təhsil haqqını ödəyib. “Harrods”da isə 10 il boyunca 16 milyon funt sterlinq xərcləyib.

Zamirə Hacıyeva 2009-cu ildən 2015-ci ilədək Azərbaycan Beynəlxalq Bankından (ABB) 97 milyon dollar (76 milyon funt-sterlinq) vəsaiti mənimsəyən 37 nəfərlik mütəşəkkil cinayətkar qrupun üzvü olub.

Hacıyevanın 57 yaşlı əri Cahangir Hacıyev isə 2001-2015-ci illərdə ABB-nin rəhbəri olub və daha sonra dələduzluq maddəsilə 15 il həbsə məhkum edilib.

Azərbaycan hökumətini təmsil edən Helen Malkolm məhkəməyə Hacıyevanın adından verilən 10 kredit kartından 14,5 milyondan 15,5 milyon funt sterlinqə qədər pul xərclənib, digərləri isə ögey qızının və ərinin şəxsi mühafizəçisinin adına rəsmiləşdirildiyini deyib:

“Hacıyev 15 il həbs cəzası alıb və 39 milyon dolları (30,5 milyon funt sterlinq) geri ödəmək tapşırılıb. Bununla bağlı onlar apellyasiya şikayəti versələr də, rədd edildi”.

Məhkəmədə bildirilib ki, Hacıyevin dövlət qulluqçusu kimi gəliri 29-70 min dollar arasında olub. Bundan başqa onun qanuni gəlir mənbəyi olması ilə bağlı hər hansı sübut tapılmayıb. Zamirə Hacıyevanın isə hər hansı rəsmi gəliri olmayıb və o, qızıl sataraq yaşayışını təmin edib.

“Hacıyevaya qarşı açılan iş əriylə əlbir olub dələduzluq etməsinə görədir”, - deyə Malkolm bildirib.

Hacıyevanın vəkili Hüqo Keys QC isə ittihamları rədd edərək bildirib ki, Hacıyeva əri Azərbaycanda həbsdə olduğu üçün mühakimə edilir və pul xərcləmək heç də cinayət sayılmır.

Qeyd edək ki, Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub, sonra isə ev həbsinə buraxılıb. Hazırda o, Londondakı evində qalır.

Xəbər 1095 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +