Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


01.05.2019  14:27 

Eldar Mahmudovun əmisi oğlu ev dustaqlığına buraxılmadı





A+  A-

Keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun məhkəməsi başlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsində baş tutan prosesdə hazırlıq iclası keçirilib və anket məlumatları dəqiqləşdirilib. Dövlət Təhülkəsizlik Xidməti mülki iddiaçı kimi tanınıb.

Digər zərərçəkmişlər - Zaur Əzimov 320 min, Sahib Qurbanov isə 100 min manatlıq mülki iddia qaldırıblar. 3 milyon pulu alınan zərərçəkmiş, “Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədov isə prosesdə iştirak etməyib. Vəkillərin V.Mahmudovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin edilməyib.

Proses mayın 15-də davam etdiriləcək.

V.Mahmudov mənimsəmədə, hədə-qorxu ilə tələb etmədə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə saxtakarlığı və hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma maddələrinin bir neçə bəndi üzrə ittiham olunur.

Xəbər 845 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +