Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


15.04.2019  14:02 

Bakıda nəhəng Nəqliyyat qovşağı açıldı





A+  A-

Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verilib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata əsasən, ölkəmizə səfər edən turistlərin, eləcə də regionlardan paytaxta gələn vətəndaşlarıntəhlükəsizliyini və rahatlığını təmin etmək, avtobusların, minik avtomobillərinin hərəkətini nizamlamaq məqsədi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində Nəqliyyat qovşağı istifadəyə verilib.

Nəqliyyat qovşağı 50 000 m2 ərazini əhatə edir. 8500 m2 ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılaraq 2000-dən çox ağac əkilib.
Ərazidə 93 nömrədən ibarət beşmərtəbəli “Baku Crossway Hotel”i və yenidən təmir olunaraq istifadəyə verilən ikimərtəbəli hostel fəaliyyət göstərir.
Qovşaqda minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədi ilə vahid məkanda yerləşdirilib.
Kompleksdə dispetçer və bilet satış məntəqəsi, gözləmə zalları, müasir standartlara cavab verən ictimai-iaşə obyektləri, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir.
Eyni zamanda, nəqliyyat və piyada axınları, avtonəqliyyat vasitələrinin giriş-çıxış yerləri bir-birindən ayrılıb. Artıq Sumqayıt avtostansiyası da qovşaq ərazisində fəaliyyət göstərir.

Nəqliyyat qovşağında Almaniyanın “SAP”şirkəti ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində “SAP” texnologiyalarının əsasında yaradılmış unikal sistem nəqliyyat vasitələrinin texniki statusunu, sürücülərin sağlamlıq durumunu, həmçinin, şəhərlərarası və beynəlxalq avtobusların salonundakıvəziyyəti müəyyən etməyə imkan verir. Sistem mərkəzdən idarə olunur və hər hansı nasazlıq baş verdikdə dispetçer tərəfindən dərhal reaksiya verilir.
“Cisco” şirkəti ilə reallaşdırılan “Ağıllı şəhər” pilot layihəsi isə yaxın gələcəkdə yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin daha da artırılması, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçün imkan yaradacaq.
Sərnişinlər biletləri BBAK-ın, “Silkway” turizm şirkətinin kassalarından və onlayn bilet satışı sistemi vasitəsi ilə “www.avtovagzal.az” saytından əldə edə bilərlər.
Bu istiqamətdə görülən işlərdən biri kimi, müasir bilet kassaları formalaşdırılıb. Kassaların üzərində istiqaməti, istiqamət üzrə biletin qiyməti, perron, avtobusun dövlət qeydiyyat nişanı, avtobusun tutumu və mövcud olan boş yerlər haqda məlumatları əks etdirən monitorlar quraşdırılıb.

Xəbər 981 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +