Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


28.03.2019  17:54 

“Mədəni irsimizi qoruyaq” layihəsi həyata keçirilir – Fotolar





A+  A-

Tvinninq layihəsi əsasında İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi Məmmədova Təranə və Türkiyə Respublikası İnönü İlkokulu, İstanbul /Avcılar məktəbinin müəllimi Filiz Yıldızın rəhbərliyi ilə dörd ay(fevral-may) müddətində “Mədəni irsimizi qoruyaq” layihəsi həyata keçirilir.
XəzərNews.az xəbər verir ki, layihə Azərbaycan Və Türkiyə müəllim və şagirdlərin iştirakı ilə həyata keçirilir. Layihənin uğurla həyata keçirilməsində hər iştirakçı səylə çalışır. Çünki mədəni irs hər bir xalqın ən böyük sərvəti, tarixi, keçmişinin xatirəsidir. Mədəni irs xalqın ölümsüzlüyüdür. Mədəni irs eyni zamanda xalqın milli bayramları, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, adət və ənənəsidir. Ona görə də mədəni irsi qorumaq bütün vətəndaşların mühüm vəzifəsi, mənəvi borcu olmalıdır. Bu layihənin yaradılmasında məqsəd Azərbaycan və Türkiyənin mədəni irsini tanıtmaq, təbliğ etməkdir. Şagirdlərin bu layihəyə cəlb edilməsinin çox böyük əhəmiyyəti var. Layihədə işləmək şagirdlərdə tədqiqatçılıq və yaradıcılıq vərdişləri formalaşdırır. Layihə şagirdlərin Azərbaycan və Türkiyə tarixi, mədəniyyəti, mədəni irsi ilə daha yaxından tanış olmalarına şərait yaradır. Bu layihə şagirdlərdə vətənə məhəbbət, xalqına, el-obasına, adət və ənənələrinə hörmət hissini gücləndirir. Layihədə iştirak həm də şagirdlərin öz tarix və mədəniyyətləri ilə yanaşı qardaş ölkənin tarix və mədəniyyətinə marağı gücləndirir. Layihə şagirdlərdə davranış mədəniyyətini, birlikdə işləmək vərdişlərini, savadlı və bacarıqlı olmaq istəyini də gücləndirir. Şagirdlər mədəni irsin, tarixi nümunələri qorumağın vacibliyini də dərk edirlər. Onlar mədəni irsin hər bir xalqın özünəməxsusluğunu dərindən dərk edirlər. Şagirdlər başa düşürlər ki, mədəni irsi qorumaq və təbliğ etmək onların da mənəvi borcudur. Onlar mədəni irsi qorumağın vacibliyini dərk edirlər. Layihə şagirdlərdə belə fikir formalaşdırır ki, onlar mədəni irsi, zəngin dəyərləri qorumalıdırlar ki, gələcək nəsillər də ona baxıb qürur duysunlar. Layihə şagirdlərin savadlı, dünyagörüşlü şəxsiyyət kimi yetişməsinə xidmət edir. Azərbaycan və Türkiyə müəllim və şagirdləri ilə yanaşı şagirdlərin valideynləri də “Mədəni irsimizi qoruyaq” layihəsində böyük həvəs və maraqla iştirak edirlər. Bu layihənin həyata keçirilməsinin Azərbaycan və Türkiyə Respublikalarının mədəni irsinin təbliği sahəsində böyük əhəmiyyəti var.





Xəbər 1183 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +