Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


21.02.2019  16:59 

Azər Xudiyev dövlət əmlakını ukraynalı xanıma bağışladı? - VİDEO





A+  A-

Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev BakuPost-a verdiyi müsahibədə hazırkı səfir Azər Xudiyevin ünvanına bir sıra ittihamlar səsləndirmişdi.
Bu sırada səfirliyə aidiyyəti olmayan şəxslərin diplomatik nömrəli avtomobillər idarə etməsinə dair ittihamlar da yer almışdı. "Məndə olan məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyinə məxsus diplomatik nömrələr diplomatiya ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan, lakin səfir Azər Xudiyevə bu və ya digər mənada bağlı olan adamlara verilir. Bu, çox ciddi qanun pozuntusudur”- deyən sabiq səfir, diplomatik nömrəli avtomobil idarə edənlərdən biri kimi Azərbaycanın Ukraynadakı səfirliyində uşaqları ilə birgə yaşadığı iddia olunan xanımı göstərmişdi: "Bir məqam isə səfirliyin iqamətgahında Ukrayna vətəndaşı olan bir xanımın uşaqları ilə bərabər yaşamasıdır. Bu da yolverilməz haldır. Əlimizdə çox ciddi foto və videolar var. Diplomatik qaydalara uyğun olaraq səfirliyin iqamətgahında xarici vətəndaşın yaşamaq hüququ yoxdur, o, agent də ola bilər. Məhz bu həmin xanımdır ki, iqamətgahda yaşadığı kimi, Azərbaycan səfirliyinə məxsus diplomatik nömrəli avtomobil də idarə edir. Bəli, maşın səfirin şəxsi malı ola bilər, amma nömrə diplomatik nişanlıdır. Bilirsiniz, bu barədə faktlar çoxdur. Biz yaxın günlərdə bu istiqamətdə ciddi dəlillər ortaya qoyacağıq”.

Azərbaycanda səfirliyində diplomatik missiyaya aidiyyəti olmayan Olqa adlı xanımın yaşadığına dair məlumat bir müddət əvvəl də mətbuatda yer almışdı. Hətta soydaşlarımızdan biri həmin xanımın qırmızı rəngli avtomobil idarə etdiyini əks etdirən video görüntü də yaymışdı. Bundan başqa, ukraynalı xanımın səfriliyimizin binasına daxil olduğunu təsdiq edən görüntülər də mətbuatda yayımlanıb.



Maraqlıdır ki, Ukraynadakı səfir Azər Xudiyev diplomatik missiyaya aidiyyəti olmayan xanımın öz uşaqları ilə birgə səfirlikdə yaşadığına dair iddialara bu günə qədər münasibət bildirməyib. Bu xanım kimdir? Hansı əsaslarla səfirilyimizdə məskunlaşıb? Onu səfirimizə hansı tellər bağlayır? Niyə onun idarə etdiyi avtomobilə diplomatik nömrə verilib? Bütün bu kimi suallar hələ də cavabsızdır...

Belə bir sualın aktual olduğu bir vaxtda redaksiyamıza həmin xanımla bağlı daha bir diqqətçəkən video göndərilib. Videoda Olqa adlı xanımın yenə də diplomatik nömrəli avtomobil idarə etdiyi əks olunub. Bu dəfə isə xanımın istifadəsində "Mitsubishi Outlander” markalı yeni avtomobildir. Məlumata görə, bu avtomobil dövlət tərəfindən bu yaxınlarda səfirliyə ayrılmış 3 yeni avtomobildən biridir.

Səfirliyə ayrılmış yeni avtomobilin dipkorpusa aidiyyəti olmayan ukraynalı xanıma verilməsi hansı qanunla tənzimlənib? Azər Xudiyevin niyə diplomatik nömrəli yeni "Mitsubishi Outlander” də şəxsi əmlakı, səfirliyi isə şəxsi malikanəsi kimi istifadə etməsi sual olaraq qalır.

Bu suallara aydınlıq gətirilməsi üçün səfirliyə sorğu göndərmişik. Cavablandırılsa, qarşı tərəfin mövqeyi kimi yayımlayacağıq.



Xəbər 1574 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +