Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


21.01.2019  13:46 

Dövlət Dəniz Agentliyi rəhbəri də biznesini xaricə daşıyır





A+  A-

Azərbaycanda yüksək vəzifədə olan məmurların xarici ölkələrdə biznes qurması ilə bağlı mətbuatda mütəmadi olaraq məlumatlar dərc edilməkdədir. Son zamanlar isə bu prosses daha da böyüyüb. Bəzi ekspertlərin fikrincə hazırda yüksək çinli məmurların öz varidatlarını xaricə çıxarmalarının əsas səsblərindən biri də dövlət başçısı İlham Əliyevin son zamanlar həyata keçirdiyi kadr dəyişiklikləri ilə bağlıdır.
XəzərNews.az bildirir ki, AzToday.az-a daxil olan məlumata görə, öz sərvətini Azərbaycandan xaricə transfer edən məmurlardan biri də Dövlət Dəniz Agentliyinin direktoru vəzifəsinə Qüdrət Qurbanovdur. Qeyd edək ki, Qüdrət Qurbanov Azərbaycanın varlı məmurlarından biri olaraq tanınır və onun haqqında zaman-zaman Azərbaycan mətbuatında müxtəlif iddialar səsləndirilib.

Məlumata görə, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov Türkiyədə biznes şəbəkəsi qurub və bu şəbəkəni genişləndirir. Agentlik rəisinin qardaş ölkədə yaratdığı biznesi oğlu Orxan Qurbanovun nəzarət etdiyi bildirilir. Biznesi inkşaf etdirmək üçün Orxan Qubanovun İstanbul şəhərində dəbdəbəli ofis-mərkəz aldığı deyilir. Məlumatda vuğulanır ki, yaxın aylarda Orxan Qurbanov bir dəfəlik Azərbaycanı tərk edərək Türkiyədə məskunlaşacaq. Həmçinin Qurbanovların öz bizneslərini Türkiyədən Şərqi Avropaya köçürmək üçün müxtəlif layihələrə başladıqları da qeyd olunur.

Xatırladaq ki, bir il öncə Qüdrət Qurbanovun qızıl biznesinə girişməsi ilə bağlı mətbuatda ölkə mətbuatında məlumatlar yayılmışıd. Həmin məlumatda vurğulanırdı ki, Dəniz Agentliyi rəisi qızıl binzesinə girişib və bu işdə əsas şəxslər onun qardaşı, oğlu və köməkçisidir. Hətta məlumatlarda Qüdrət Qubanovun qızıl biznesini Türkiyəyə köçürtməsi və orda bu işlərə qardaşının nəzarət etməsi qeyd edilirdi.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəbər 1354 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +