Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Formu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


13.07.2018  11:43 

Bakıya 70 ədəd yeni avtobus gətiriləcək





A+  A-

İyulun 12-də “SAFA Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən “Xaliq Faiqoğlu” şirkəti ilə nüfuzlu beynəlxalq maliyyə institutlarından biri olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıq sazişi imzalanmışdır. Saziş çərçivəsində ayrılan maliyyə vəsaiti hesabına şirkət tərəfindən yaxın zamanda Bakı şəhərinə yeni 70 ədəd AVRO 6 emissiya standartına cavab verən, alçaq platformalı avtobuslar gətiriləcəkdir.
XəzərNews.az xəbər verir ki, imzalanma mərasimində çıxış edən “SAFA Holding” şirkətlər qrupunun təsisçisi Faiq Seyidov bildirmişdir ki, bu layihə 15 illik gərgin əməyin bəhrəsidir. AYİB kimi nüfuzlu beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayan ilk özəl sərnişindaşıma şirkəti olduğumuz üçün qürur hissi keçirirəm və əminəm ki, bu əməkdaşlıq ictimai nəqliyyat sahəsində həyata keçirilən islahatlara öz böyük töhfəsini verəcəkdir” deyə F.Seyidov qeyd edib.

“Son 15 ildir ölkədə uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edən, güclü iqtisadiyyata sahib olan ölkəyə çevrilmiş və ölkədəki siyasi sabitlik, iqtisadi inkişaf və biznes mühitinin yaxşılaşması xarici investorların və beynəlxalq maliyyə qurumlarının Azərbaycana olan marağını daha da artırmışdır. Bu gün özəl sektora olan dövlət dəstəyi, sahibkarlığın inkişafına yaradılan münbit şərait, xüsusilə cənab Prezidentin sahibkarlara olan diqqət və qayğısı bizim üçün həm böyük məsuliyyətdir, həm də yeni layihələrin reallaşdırılması üçün güc mənbəyidir. Biz ölkəmizdə sahibkarlığın inkişafına yaradılan şəraitə və ən əsası hər zaman dövlətin bizə olan dəstəyinə güvənərək yeni layihələr reallaşdırırıq” deyə F.Seyidov bildirib.

“Bilirsiniz ki, “Xaliq Faiqoğlu” şirkətinin qarşıya qoyduğu əsas məqsəd vətəndaşlara müasir və təhlükəsiz sərnişindaşıma xidməti göstərməkdir. Biz Bakı şəhərində şəhər nəqliyyatının işinin daha da yaxşılaşdırılması, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkil edilməsi məqsədilə həyata keçirilən islahatlarda özəl şirkət olaraq aktiv iştirak edirik. AYİB-lə əməkdaşlıq çərçivəsində Bakı şəhərinə 70 ədəd yeni, müasir və komfortlu avtobuslar gətiriləcəkdir ki, bu 200-ə yaxın yeni iş yerinin açılmasına və ən əsası paytaxt sakinləri və qonaqların komfortlu sərnişindaşıma xidmətindən istifadəsinə zəmin yaradacaqdır” deyə F.Seyidov bildirilib.

Xəbər 674 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +