Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


05.07.2018  15:23 

Elmar Vəliyev necə güllələnib? - Detallar AÇIQLANDI





A+  A-

Məlum olduğu kimi bir neçə gün əvvəl Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev güllələnib.
XəzərNews.az xəbər verir ki, musavat.com hadisənin baş vermə anının detallarını yayıb. Xəbərə görə, həmin vaxt hadisəni törədən Yunis Səfərov qısaqol köynəkdə olub. Silahı qoluna sarıtdığı gipsin içərisində xüsusi qaydada gizlədib. Gəncə İHB binası qarşısında Elmar Vəliyevin binadan çıxmasını gözləyib. Başçı tək bir mühafizəçi ilə - Qasım Aşbazovla binadan çıxıb. Giriş qapısının önündə isə 4 mühafizə polisi olub. Yunis Səfərov başçıya kənardan və hündürdən səslənərək, sözü olduğunu bildirib. Polislər onu əhatəyə alıb. Elmar Vəliyev geri dönərək, "buraxın gəlsin", deyib. Yunis Səfərov qolu gipsdə, boynundan asılmış halda Elmar Vəliyevə yaxınlaşıb.

Gözlənilmədən, cəld hərəkətlə silahı qolundakı gipsdən çıxararaq, dalbadal Vəliyevə iki, mühafizəçiyə bir dəfə atəş açıb. Güllələrdən biri başçının qaşını yalayaraq, keçib, digəri qarın boşluğuna isabət edib. Qasım Aşbazova dəyən güllə isə ağız nahiyəsindən girərək, gözündən çıxıb. Daha sonra polislər Səfərovu yaxalayaraq, həbs ediblər...

İcra başçısına sui-qəsd etmiş Y.Səfərovun tutulandan az sonra Rusiya vətəndaşı olmasını təsdiqləyən pasportunun fotosurəti yayılıb. Məlum olub ki, Y.Səfərova həmin pasport Gəncədə mühafizə polisinə xəsarət yetirib silahını oğurlayandan sonra verilib. Yəni Yunis Səfərov polisi döyüb silahını əlindən aldığına görə axtarışa verildikdən sonra Rusiyaya qaçıb və orada pasport alaraq yenidən Gəncəyə qayıdıb. Rusiyaya gedib qayıdana qədər onun bir hadisə ilə bağlı icra başçısı ilə qarşı-qarşıya gəldiyi, hətta hadisə zamanı icra başçısını ölümlə hədələdiyi haqda da iddialar var.

Xəbər 1591 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb


BÜTÜN XƏBƏRLƏR +