Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


05.07.2018  12:05 

Şirəliyevin “soyqırımı” - Qazax Müalicə Diaqnostikası morqa döndü





A+  A-

Qazaxın Müalicə Diaqnostika Mərkəzində xəstə cərrahiyə əməliyyatından sonra dünyasını dəyişib.
R.Mustafayev iyunun 30-da Ağstafa özünə məxsus avtomobildən düşən zaman “VAZ” markalı avtomobil onu vuraraq sağ ayağını sındırıb, ayağından əməliyyat olunubmuş.

Yəni, elə də böyük əməliyyat deyil. Sadəcə xəstə narkozdan ayılmayıb, ya doza çox olub, ya da ümumiyyətlə narkoz vermək olmazmış.

İyunun 29-da M.Mustafayevin qohumu, Ağstafanın Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya da Qazax Müalicə Diaqnostika Mərkəzində qarın yırtığından əməliyyat zamanı dünyasını dəyişib.

Sosial şəbəkələrdə yazırlar ki, bir-bir qırılırıq. Bir ailədə iki nəfər diaqnostikaya diri girir, ölü çıxır. Səhiyyə naziri Oqtay Şirəliyev isə hələ istefa haqqında düşünmür.

Çətin ki düşünsün. Ölkə səhiyyəsini qanqrena edən nazirin fəaliyyəti nəticəsindsə hər ay xəstəxanalarda, klinikalarda həkim səhlənkarlığından ölüm faktları qeydə alınır.

Avropada bir ölüm belə baş versə, nazir vəzifəsindən gedir, günahkarlar cəzalandırılır. Səhiyyə Nazirliyi isə əli qana batmış həkimləri qoruyur, məsuliyyətə cəlb olunmasına imkan vermir.

XəzərNews.az FİA.Az-a istinadən xatırladır ki, bir müddət əvvəl mətbuat səhifələrində gündəmdən düşməyən Qazax Müalicə Diaqnostika Mərkəzinin həkim-anestezioloqu Aynur Vəliyeva haqqında iddialar dildə-ağızdadır.

Onun Qazaxda 3-cü şəxsi, yəni yaşı 50-dən yuxarı olan Səhrəd Nağdalıyevi də iflic etməsi hec cürə bağışlanılmazdır.

Ayağının sınmasına görə, həmin nahiyəyə bərkidilmiş dəmir materialın çıxarılmasından ötrü Qazax Müalicə Diaqnostika Mərkəzinə müraciət edən Nağdalıyev anestezioloq Aynur Vəliyevanın səhlənkarlığına tuş gəlib.

Xəstəni keyləşdirmək üçün belindən iynə vuran həkim onun onurğa sinirinə dəyib. Nəticədə, xəstə belindən aşağı iflic olub. Hazırda 3 aydan artıqdır aşağı orqanları işləmir və yataq xəstəsinə çevrilib.

Ümumiyyətə, Qazax Mərkəzi Xəstəxananın doğum evi də söylənilməzdir. Doğum evinin baş həkimi Aynur Namazlı da bir başqa “qoçudur”. Təsəvvür edin ki, Arzu Novruzovun ona da gücü çatmırdı.

Doğum evinin fəaliyyəti belə bir teatrı tamaşasını xatırladır. Aynur Namazlının Binyamin Abbasəliyevlə bir ələ oynaması görünməmiş hal deyil!

Baş həkim Arzu Novruzovun bu xanıma da “gözün üstə qaşın var” deyə bilməməsi baş həkimin yerində omamasından xəbər verirdi. Lakin o da səbəbsiz deyil.

Rayondakı mənbənin Bakunews.az-a bildirdiyinə görə, baş həkim Novruzov, Aynur Namazlı başda olmaqla doğum evində ultra səs müayinə aparatında əyləşən Validə adlı qızdan tutmuş, diş həkimlərinə, poliklinikada işləyənlərə, qrupa çıxanlara kimi hamıya ayrıca haqq qoyub. Belə bir şəraitdə nədən və ya hansı rayon səhiyyəsindən danışmaq olar?

Rayon Mərkəzi xəstəxanası olmayan, diaqnostika mərkəzində təkcə 4-5 çarpayılıq ümidində qalan Qazax Rayon Səhiyyəsi uşaq vaxtı çoxlarımızın oxuduğu “Ördək, balıq və xərçəng” hekayəsini xatırladır.

Xəbər 2131 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +