Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


12.06.2018  11:09 

Ət məhsullarının “Halal”lığı necə müəyyənləşəcək? - AÇIQLAMA





A+  A-

İllədir ki, Azərbaycanda halal ət və ət məhsullarının keyfiyyətilə bağlı fikirlər birmənalı olaraq haçalanır. Böyük əksəriyyət üzərində “Halal” nişanı olmasına baxmayaraq, kolbasa və sosiska məhsullarının tərkibində donuz əti, yaxud donuz piyindən istifadə edildiyini iddia edir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata açıqlamalarında dəfələrlə “Azərbaycanda yüz faizlik “Halal” məhsul yoxdur. Sadəcə, “Halal” standartlarına maksimal şəkildə uyğunlaşdırılan mallar, ərzaqlar var” fikirlərini səsləndirib.
Xatırladaq ki, ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hələ 2014-cü ildə “Halal” stabdartı qəbul edilmişdi. Standarta əsasən, halal məhsulların sertifikatlaşdırılması üçün sifarişçi bu sahə üzrə akkreditasiaya olunmuş sertifikatlaşdırma orqanına sifarişlə müraciət etməli idi. Komitə ləğv olunduğuna görə, “Halal” standartının tənzimlənməsi məsələsi sual altında qalır.

Məlum olduğu kimi, ölkə ərazisində qida rəhlükəsizliyinin təmin edilməsi üçün Qida TəhlükəsizliyiAgentliyi yaradılıb. Əsasnaməyə görə, Agentlik qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirir. Bəs “Halal” standartı?

XəzərNews.az bildirir ki, Modern.az-ın mövzu ətrafında yaranmış suallarını Qida Təhlükəsizliyi Agentliyinin (QTA) Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev cavablandırıb.

M.Piriyev bildirib ki, “Halal” standartı sertifikatının verilməsi qida təhlükəsizliyi sertikatından fərqli olaraq, məcburi xarakter daşımır:

“1 iyul 2018-ci ilən etibarən Agentlik “ASAN xidmət” mərkəzlərində və elektron müraciətlər əsasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılması ilə bağlı fəaliyyəti həyata keçirəcək.

“Halal” məhsulları məsələsinə gəldikdə, bu standartlarla qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılmasını qarşıdırmaq olmaz. “Halal” standartı sertifikatının verilməsi qida təhlükəsizliyi sertikatından fərqli olaraq məcburi xarakter daşımır və bu, sahibkarın istəyindən asılıdır”.

Qurum rəsmisi deyib ki, “Halal” standartı ilə bağlı yalnış fikir formalaşdırmaq olmaz:

“Əvvəlcə onu qeyd edim ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Elə ona görə də Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan kəsimi gələcəkdə mərkəziləşdirilmiş qaydada təşkil olunacaq və yalnız müəyyən labarator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunacaq. Hesab edirəm ki, əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunmasında nəticə əldə etmək üçün bu istiqamətində fəaliyyət göstərən sahibkarlarlıq subyektlərinin sahənin inkişafına öz töhfələrini verməsinin əsl vaxtıdır. Əmin ola bilərsiz ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara lazım olan bütün köməkliklər göstəriləcək.

Xatırlatmaq istəyirəm ki, bu günlərdə Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlara rəsmi müraciət etdi və yeni ət kəsim məntəqələrinin yaradılması və həmin kəsim məntəqələrinin xidmətlərindən istifadə olunması sahəsində sahibkarları müasir, günün tələblərinə cavab verən fəaliyyətə dəvət etdi”.

Xəbər 829 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +