Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


24.05.2018  12:08 

“Kəbin yalnız rəsmi nikahdan sonra kəsilməlidir...”





A+  A-

"Azərbaycan qanunvericiliyinə əsasən ölkəmizdə din sahəsində yalnız rəsmi təyinatı olan şəxslər fəaliyyət göstərə bilər. Bu, tək islama deyil, yəhudilik, xristianlıq və digər dini icmalara da aiddir".
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M. Qurbanlı deyib ki, əgər kimsə rəsmi təyinat olmadan fəaliyyət göstərirsə, İnzibati Xətalar və Cinayət məcəllələrində bununla bağlı maddələr var: "Bizim Komitənin də bu cür şəxsləri aşkara çıxarmaq, protokollar tərtib etmək, cərimələmək səlahiyyəti var. Qeyri-qanuni şəkildə dini ayinləri icra etmək qəti qadağandır".

Komitə sədri qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri də qeyri-qanuni fəaliyyət göstərən din xadimlərinin fəaliyyətinin yolverilməz olduğunu vurğulayıb: "Bu cür şəxslər bəzən insanları aldadaraq qeyri-qanuni kəbin kəsməklə məşğul olur. Kimsə dini kəbin kəsdirmək istəyirsə, yalnız rəsmi şəkildə fəaliyyət göstərən hər hansı din xadiminə kəbin kəsdirə bilər. Kəbin də o zaman kəsilə bilər ki, evlənən insanlar həddi-buluğa çatmış olsun və onların vətəndaşlıq aktlarının qeydiyyatı ilə bağlı rəsmi nikah sənədi olsun. Əgər həmin rəsmi nikah sənədini məsciddə, yaxud hər hansı dini məkanda çalışan din xadiminə təqdim etmirsə, bu halda dini kəbin kəsilməsi yolverilməzdir. Qafqaz Müsəlmanları İdarəsinin də bu sahədə qəti tələbi var. Biz müsəlmanıq, rəsmi nikahdan sonra hər hansı din xadiminin yanına gedərək dini kəbin kəsdirmək istəyən varsa, bu insanların öz hüquqlarıdır. Amma dini kəbin yalnız rəsmi nikah sənədi təqdim olunduğu halda rəsmi təyin edilən din xadimi tərəfindən kəsilə bilər. Rəsmi təyin olunmayan şəxslər bu cür fəaliyyətlə məşğul olur və bu da çox böyük problemlər yaradır. Bəzən azyaşlılara kəbin kəsirlər. Bu, cinayətdir və bəziləri cinayət məsuliyyətinə cəlb edilib".

M. Qurbanlı hətta yas mərasimlərini rəsmi fəaliyyət göstərməyən şəxsin aparmasının da yolverilməz olduğunu vurğulayıb: "Bu ara mollalara bəzən insanları aldadıb guya “Quran”la fala baxırlar. “Quran” açıb fala baxanlar elə “Quran”ın özünə qarış getmiş olur. Çünki “Quran”da falçılıq lənətlənir".

Xəbər 1082 dəfə oxunub.




13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb


BÜTÜN XƏBƏRLƏR +