Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


03.02.2018  11:43 

Dövlət himninin TƏLƏBLƏRİ dəqiqləşdi - Himn oxunarkən ...





A+  A-

Milli Məclisdə “Dövlət himni haqqında” yeni qanun layihəsi hazırlanıb.
XəzərNews.az-ın əldə etdiyi məlumata görə, sənəd Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində ərsəyə gətirilib.

“Dövlət himni haqqında” yeni qanun layihəsində qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Azərbaycan Respublikasının Dövlət himninə dərin ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur.

Azərbaycan Respublikasının Dövlət himni aşağıdakı hallarda ifa olunur:

- Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı;

- Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;

- Dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;

- Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, Milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı;

- Dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən;

- Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən - müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonra.

- Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunmalıdır

- Azərbaycan Respublikasının Dövlət himni camaat qarşısında ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya oxumalıdırlar.

- Azərbaycan Respublikasının Dövlət himni ayaq üstə oxunmalı, sağ əl ürəyin üstə qoyulmalı və Azərbaycan Respublikasının Dövlət Bayrağı istiqamətinə baxılmalıdır.

Yeni qanun layihəsində bundan əlavə daha bir neçə tələb öz əksini tapıb.

Yeni qanun layihəsi parlamentin yaz sessiyasında müzakirə ediləcək.

Xəbər 1377 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +