Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


19.01.2018  14:19 

Almaniyada polisi girov saxlayan azərbaycanlı ailə - Onlar saxta pasportla gediblər





A+  A-

Xəbər verdiyimiz kimi, Almaniyanın şimali Reyn-Vestafaliya bölgəsinin Qüterslo dairəsində polisin azərbaycanlı ailəni deportasiya etmək cəhdi girov dramına və polisə atəş açılmasına səbəb olub.
Qüterslo administrasiyası azərbaycanlı ailənin deportasiyasında israr edib. Rayon administratoru Sven-Georg Adenauer bildirib ki, hakimiyyət ailənin müqavimətini gözləyirdi və bu səbəbdən miqrasiya xidmətinin əməkdaşları ötən gün yanvarın 18-də gecə saatlarında onların qaldığı sığınacağa polis və təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə getmişdi.

Sven-Georg Adenauer bildirib ki, azərbaycanlı mühacirlər bir neçə dəfə Almaniyadan deportasiya olunub, lakin hər dəfə qanunsuz yollarla ölkəyə qayıdıb. Bu dəfə hakimiyyət ailənin deportasiyasında israrlı idi. Çünki məhkəmə qəti qərar çıxarmışdı ki, ailə deportasiya olunsun.

Beləliklə, polis və miqrasiya xidmətinin işçiləri saat 03.30-da ailənin qaldığı sığınacağa gedib. Orada azərbaycanlı ər-arvadla yanaşı ailənin iki yetkinlik yaşına çatmış qızları və bir qonaqları vardı. Lakin polisin bildirdiyinə görə ailə üzvləri güclü müqavimət göstərib və miqrasiya işçilərini müşaiyət edən polislərdən birinin silahını əlindən ala bilib.

Nəticədə bir neçə dəfə atəş açılıb. Polis sığınacaqdan qaça bilib. Ailə sığınacaqda möhkəmlənib və biri təhlükəsizlik xidmətinin əməkdaşı, digəri miqrasiya xidmətinin işçisi olmaqla iki nəfəri mənzildə girov götürüb.

Bildirilib ki, azərbaycanlı qadın özünə bıçaqla xəsarət yetirib.

XəzərNews.az bildirir ki, Modern.az saytı Almaniyadakı diaspor təşkilatı ilə əlaqə saxlayıb.

Almaniyada “Xəzər” Cəmiyyəti diasporunun sədri Etibar Qəniyev açıqlamasında deyib ki, bu cür hallara mütəmadi olaraq rast gəlinir.

“Miqrantlarla polis arasında belə hallar tez-tez olur. Demək olar ki, son vaxtlar təkcə Azərbaycandan gələnlər deyil, başqa dövlətlərin vətəndaşları da bu cür şəkildə deportasiya olunurlar. Çünki bütün idarələrə orqanlara tapşırıq verilib ki, deportasiyanı həyata keçirsinlər. Əvvəllər xarici vətəndaşları öz ölkələrinə göndərmək istəyəndə proses uzanırdı. Vətəndaşlar gizlənməyə çalışırdılar. İndi vətəndaşlara öncədən xəbər verilmir. Nə vəkilləri, nə də özləri öncədən getmələri barədə məlumat bilirlər. Sadəcə, polis, həkim və təhlükəsizlik xidməti əməkdaşları gecə saat 3-də evə gəlirlər. Bu hadisə də 03.30-da baş verib. Qapını döyüb içəri girirlər. Qadını qadın polis yoxlayır, kişini kişi polis. Bir saat ərzində vaxt verilir ki, hazırlaşsınlar, nə lazımdırsa götürsünlər. Müşayiət altında hava limanına gətirilirlər. Polis əməkdaşlarına iş bu cür tapşırılıb”

Diaspor rəhbəri son məlumatlar barədə də danışıb.

“Hadisə baş verən an polis və həkim heyəti mənzildən qaça biliblər. Xarici vətəndaşlar üzrə idarə xidməti və təhlükəsizlik xidmətinin işçiləri otaqda qalıblar. Bununla bağlı 04.55-də polis əməkdaşları həyəcan siqnalı çalıblar. Həmin yerə xüsusi dəstələr yeridilib. Ailə sonda qapını könüllü açaraq özlərini polisə təqdim ediblər və təslim olublar. İndiki məlumatlara görə, xanım özü-özünə xəsarət yetirib. Yarası keçici yaradır. Açılan güllədən heç kimə zərər dəyməyib. Yaralı xanım xəstəxanaya aparılıb. Ər isə polis nəzarəti altındadır. Ailənin psixoloji durumu araşdırılır.

Azərbaycandan olan 49 yaşlı qadın və 53 yaşlı kişinin deportasiyanın lazımi şəkildə davam etdiriləcəyi söylənilir. Çünki cəmiyyətə bir siqnal olardı ki, bu deportasiya məsələsi şiddət hesabına uğursuzluğa uğrayıb. Bu ər-arvadın getmək istəməsi öncədən bəlli idi. Ona görə də bu cür hal baş verdi. Bildirilir ki, ailə 2004-cü ildə saxta ad və soyad adı altında Almaniyaya gəliblər. Onların sığınacaq haqda verdikləri ərizə açıq-aşkar rədd olunduqdan və qüvvəyə mindikdən sonra onlar 2011-ci ildə Almaniyanı tərk ediblər. 2012-ci ildə ailənin böyük qızı Almaniyada viza alıb. İxtisaslı kadr olduğuna görə oturum izni də alıb. Ər, arvad və kiçik qızları 2013-cü ildə yenidən Azərbaycandan qeyri-qanuni şəkildə Almaniyaya gəliblər”.

Xəbər 1383 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +