Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


04.12.2017  11:07 

Hacı Məmmədovun şifrəsi bağlı qaldı...





A+  A-

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov ötən gün intihar edib. Artıq intihar faktına görə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, adam oğurluğu və digər çoxsaylı ağır cinayətlər törədən mütəşəkkil dəstə başçısı ötən ildən səhhətində yaranan problemlərə görə dəfələrlə müalicə müəssisəsinə köçürülüb. Son illərdə isə o, heç kimlə görüşmək istəməyib. Ömürlük həbsə məhkum edilən Məmmədovun bu addımı unudulmaq, yaddan çıxmaq məqsədi ilə atdığı deyilirdi.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Hacı Məmmədovun intiharı 2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı zamanı mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs olunması xəbəri kimi ölkədə şok effekti yarada bilib.

Onun adının hallandığı ən qalmaqallı cinayətlərdən biri, eyni zamanda sonuncusu 2005-ci ilin fevral ayında Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanı oğurlaması faktı olub. Qarşılığında 15 milyon tələb etsələr də, planları baş tutmur və elə həmin il MTN tərəfindən saxlanılır.

“Qara kəmər” əməliyyatından sonra illərlə bağlı qalan bir çox sifarişli qətllərin və adam oğurluqlarının üstü açılsa da, bir çoxu yəqin ki, Məmmədovun ölümü ilə sirr olaraq qalacaq.

Keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun işində bir çoxmüğənninin də adı hallanıb. Hacı Məmmədovun şou-biznes nümayəndələri ilə yaxşı münasibətdə olması, tez-tez ona məxsus "Qarabulaq" restoranında müğənnilər üçün xüsusi qonaqlıqlar verməsi artıq hər kəsə məlumdur. Həmin müğənnilər arasında Manana Çaparidze, İlhamə Quliyeva da olub.

Sabiq polis polkovnikinin indiyə qədər üstü açılmayan sirləri sırasına onun rəsm əsərləri də daxil edilir. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri olmuş mərhum Elçin Behbudov açıqlamalarından birində bildirmişdi ki, Məmmədov bu əsərləri sabiq nazir Eldar Mahmudovun göstərişi ilə çəkib və məqsəd bəzi şəxslərə şifrəli mesaj çatdırmaq olub:

"Hacı həmin rəsmlər vasitəsilə çöldəki bəzi adamlara mesaj yollamaq istəyirdi. Özü mənə deyib ki, onların hər birinin parolu, şifrəsi var. Amma parolu mənə açmır”.

Xəbər 613 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +