Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


01.12.2017  23:36 

Eldar Mahmudov nə zaman qandallanacaq?





A+  A-

Eldar Mahmudovun komandasına daxil olan və "MTN işi” üzrə sayca 4-cü məhkəmə prosesi də yekunlaşdı.
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevə hökm oxundu. E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edildilər. Bundan öncə nazirliyin Nəqliyyat və Energetika sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarov və 3 işçisinin, İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun və Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi Mirəziz Əsgərovun ayrı-ayrılıqda məhkəmələri keçirilmişdi. Aralarında daha 3 MTN generalının da olduğu, 12 nəfərin mühakiməsi isə davam edir. Bu yaxınlarda həbs olunan daha bir sabiq MTN-çi – Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov isə istintaq altındadır.

2015-ci il oktyabrın 17-də MTN-dəki əməliyyatla başlayan həbslər, istintaq və məhkəmə prosesləri sona çatmaq üzrə ikən "MTN işi” çərçivəsində həbsə alınanlara uzun illər rəhbərlik etmiş Eldar Mahmudovun da ətrafında halqa daralmağa başladı.

XəzərNews.az xəbər verir ki, bunu "Yeni Müsavat” qəzeti yazıb.

Qəzet qeyd edir ki, E. Mahmudova 2015-ci ilin oktyabrından – işdən çıxarılandan sonra dəymirdilər. İstintaqa çağırıb dindirmirdilər. 2017-ci ilin noyabrına taleyi qədər qeyri-müəyyən olaraq qalırdı.

Yada salaq ki, 2016-cı ilin oktyabrında baş prokuror Zakir Qaralov Eldar Mahmudovun həbs olunması ehtimalı barədə suala cavablandırmışdı. Demişdi ki, ləğv olunmuş MTN əməkdaşları haqda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində də istintaq davam edir. Bütövlükdə istintaq 280 epizod üzrə aparılır.

Sitat:

"Artıq bilirsiniz ki, həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq. Prokurorluq orqanlarının ümdə vəzifələrindən biri də vətəndaşlarımızın ərizə və şikayətlərinin baxılmasıdır. Müraciətlər araşdırılır, müvafiq tədbirlər də görülür. Kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq”.

Belə görünür ki, baş prokurorun açıqlamasında vurğuladığı "kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq” fikri əsassız deyilmiş. E.Mahmudovun 2 il sonra – 2017-ci ilin noyabrında istintaqa çağırılaraq dindirilməsi də bunu sübut edir.

Eldar Mahmudov işdən azad edilib, Milli Təhlükəsizlik Nazirliyinin də ləğvindən sonra və o və komandası ağır iqtisadi cinayətlərdə ittiham edilir. Keçmiş MTN əməkdaşlarından çox sayda yüksək rütbəli zabit hazırda həbsdədir. Amma keçmiş nazir Eldar Mahmudovun özü hələlik həbs edilməyib. O, haqqında səslənən ittihamlara cavab verməyib.

MTN-lə bağlı prosesi yaxından izləmiş, hətta bəzi məhkəmə iclaslarında şəxsən iştirak etmiş hüquqşünas Əyyub Kərimov mediaya açıqlamasında deyib ki, "MTN işi” çərçivəsində aparılan proseslərdə ortaya çıxarılanlar aysberqin görünən tərəfidir.

Ekspert deyir ki, konkret MTN polkovniki Vüsal Ələkbərovla bağlı hökmdə törədilən cinayətlərdə azadlıqda olan başqa generalların da adları çəkilir: "Mən o hökmlə tanış olmuşam, yazılıb ki, "Vüsal Ələkbərov və barələrində cinayət təqibi davam etdirilən digər şəxslərin birləşdikləri cinayətkar qrup”. Yaxud "Vüsal Ələkbərov və qeyrilərindən ibarət mütəşəkkil dəstə...” ifadəsi tez-tez keçir. "Qeyriləri” deyəndə Eldar Mahmudov, Mövlan Şıxəliyev və onun müavini Təhsin Ağayev nəzərdə tutulur. Əgər bu adamlar haqqında yetərincə sübut varsa, niyə onlar kənarda qalıb? Düzdür, məhkəmənin hökmündə də "barələrində cinayət təqibi davam etdirilən” ifadəsi yer alıb.

Başqa sözlə, onlar təqsirləndirilən şəxs qismində cəlb olunmasalar da, nəzarət altındadır. Bəs bu işi başa çatdırmağa mane olan nədir? Yenə də məsələ gəlib siyasi iradəyə dirənir”. Ə.Kərimov MTN-çilərin törətdikləri iddia olunan əməllərdə prokurorluq və məhkəmələrin də məsuliyyətinə diqqət çəkir. Deyir ki, MTN-çilərin kimisə qanunsuz həbs etdiyini deyəndə həbs qərarlarına imza atmış hakimləri də yaddan çıxarmaq olmaz. Eləcə də istintaqa nəzarət orqanı olan prokurorluğun: "Vüsal Ələkbərov özü də məhkəmədə bunu dedi. Hesab edək ki, bu adamlar qanunsuzluq edib, saxta ittihamla kimisə tuturdu, bəs məhkəmə niyə saxta ittihamla adamın həbsinə qərar verirdi? İstintaqa nəzarət etməli olan prokurorluq hara baxırdı? Niyə həmin hakimlər, prokurorlar məsuliyyətə cəlb olunmayıb?”

Xatırladaq ki, V.Ələkbərovun cinayət işi üzrə proses bu ilin iyulunda Bakı Hərbi Məhkəməsində yekunlaşıb. MTN İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Həmin prosesdə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılıb və həmin qərarın surəti icra olunması üçün aidiyyəti üzrə prokurorluğa göndərilib. Belə məlumatlar var ki, E.Mahmudovun dindirildiyi epizodlardan biri də bu iş üzrə olub. Mümkündür ki, sabiq naziri növbəti dinirmələrdən birində həbs edəcəklər.

Xəbər 1183 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +