Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


23.11.2017  11:21 

“AMAY Abdulla“nın “arvadı“ ilə tutulan şəxs azadlığa çıxdı, özü isə...





A+  A-

Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadınnın müraciəti əsasında başlayan məhkəmədə qərar elan edilib.
XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilən Aygün Akimova apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən iclasda elan edilən qərara əsasən A.Akimovanın şikayəti rədd edilib və barəsində olan hökm qüvvədə saxlanılıb.

A.Akimova ilə birlikdə həbs edilən İlham Baxışov isə həbsdən buraxılıb. 3 il müddətinə azadlıqdan məhrum edilən İ.Qasımova şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb

Qeyd edək ki, Aygün Akimova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. İlham Baxışov isə onda təqsirli bilinib ki, Akimovanın xahişi ilə onun evinə "kupça" düzəltməli imiş. Ancaq Baxışov vədinə əməl etməyib. Amma aldığı pulu geri qaytarıb.

Aygün Akimova bir neçə şəxsə qarşı dələduzluq etsə də İlham Baxışovun adı yalnız bir epizodda keçir.

Bildirək ki, Aygün Akimova aldatdığı şəxslərə naxçıvanlı iş adamı Abdulla Abdullayevlə evli olduğunu, uşaqlarının atasının iş adamı olduğunu deyib. Bu iş üzrə "AMAY Abdulla" da istintaqda şahid kimi ifadə verən naxçıvanlı biznesmen Aygün Akimova ilə evli olmadığını, ancaq Aygünün uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi onun adının yazıldığını etiraf edib. İş adamı bunu Aygünə yaxşılıq məqsədi ilə etdiyini, adı çəkilən qadının onun şirkətində xadiməçi işlədiyini bildirib.

Xəbər 2072 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +