Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


12.10.2017  13:21 

Bakıda 400-dən çox mağazada endirim olacaq





A+  A-

Oktyabrın 15-də ikinci Bakı Şopinq Festivalı başlayır.
XəzərNews.az xəbər verir ki, bu gün Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalla bağlı mətbuat konfransı keçirib.

Tədbirdə Vergilər nazirinin müavini Sahib Ələkbərov, Bakı Şəhər İcra Hakimiyəti başçısının müavini Fidumə Hüseynova, Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova iştirak edib.

Qeyd olunub ki, noyabrın 15-dək davam edəcək festival çərçivəsində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər.

Həmin mallara “Tax Free” imkanı təqdim olunacaq. Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur.

"Baku Shopping Festival - Tax Free" nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər.

Qeyd edək ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel - 10 may tarixlərində keçirilib.

***

Əbülfəs Qarayev bildiirb ki, festivalın əsas məqsədi də mövsümarası vaxtlarda turistlərin sayını artırmaqdır:

"Yeni bir mərhələnin ərəfəsindəyik. Festival prezident İlham Əliyevin sərəncamı əsasında həyata keçirilir. Bu yenilik ikinci dəfə baş tutur. Birinci və ikinci festival arasında fərqlər var. Əldə etdiyimiz rəqəmlər ürəkaçandır. Keçən ilə nisbətən turist axınında 25 faiz artım var. Növbəti yenilik apteklərin festivallara qoşulmasıdır. Bundan başqa, marketlərdə satılan ərzaqlar festivala aid edilmir. Orada satılan elektron avadanlıqlar və s. daxildir. Həmçinin, qaydalar necə olubsa, elə də davam edəcək. Həmin gün aldığın mal qeydiyyatdan keçməlidir. Bizim dövlətimizin məqsədi nəğdsiz ödəmələrin sayını artırmaqdır. Biz indi lotoreyalar üzərində iş görürük. Üstəgəl, xüsusi mükafatlar təsis olunub. Sizə bir sirr açmaq istəyirəm, növbəti festivalda xaricdə gələn qonaqlar üçün xüsusi imtiyazlar təşkil olunacaq. Bunun üzərində iş gedir. Keçən ilin sentyabr ayı ilə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 7 faiz artım olub. Keçən il ƏDV qaytaran və festivalda iştirak edən obyektlərin sayı 172 idisə, bu dəfə 467 müəssisəsə qeydiyyatdan keçib. ƏDV qaytarmayan amma endirim edən partnyorlarının sayı ilk dəfə 33 idisə, bu dəfə 111-dir. İştirakçıların sayı keçən il 205 idisə, bu il üçün 578-dir".

Nazir əlavə edib ki, festivala 15-ə qədər hotel sponsorluq edir:" Bu dəfə bizə sponsorluq edən 15-ə qədər hotel var. 167 turizm şirkəti ilə əməkdaşlığa başlamışıq".

***

Sahib Ələkbərov qeyd edib ki, birinci festivalda heç bir problem yaranmayıb:

"Keçən dəfə 6 ƏDV köşkümüz var idisə, bu dəfə 7 olacaq. Qeydiyyat prosesi normal gedir. Bu il kifayət qədər vergi ödəyicisi var. Keçən dəfə festivalda heç bir narazılıq və şikayət olmayıb. Ərəb ölkələrinin vətəndaşlarınln adlarının yadda qalmaması səbəbindən qeydiyyata salınmasında kiçik anlaşılmazlıqlar yaranmışdı və əlavə dəyər vergisinin qaytarılmasında çətinlik olmuşdu. Bu dəfə müvafiq işlər görülüb və inanırıq ki, problem yaranmayacaq".

***

Ülviyyə Mirqasımova müştəri xidmətlərinin nömrəsini diqqətə çatdırıb:

"Bu il təbliğat kampaniyamızı genişləndirmişik. Fikirləşirik ki, festival bu il daha genişlənəcək. Müştəri xidmətlərimizlə 157 qısa nömrə ilə əlaqə saxlayaraq üzləşdikləri problemlə bağlı bizdən məlumat ala bilərlər".

Xəbər 1407 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +