Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


06.09.2017  13:35 

Hava ilə bağlı xəbərdarlıq - Yağış, temperatur düşəcək





A+  A-

Sabah Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, günün birinci yarısında 31-33, axşam 24, Bakıda gecə 23-25, günün birinci yarısında 31-33, axşam 24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 753 mm civə sütunundan 762 mm civə sütununadək yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 07-də səhər şimal və şərq rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, axşam ayrı-ayrı yerlərdə yağışın intensivləşəcəyi, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

Bir neçə gün davam edən isti hava şəraitindən sonra sentyabrın 07-si gündüzdən sentyabrın 08-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı düşəcək.

Sentyabrın 07-si gündüzdən sentyabrın 08-i gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 07-si gündüzdən sentyabrın 08-i səhərədək Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Xəbər 1255 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +