Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


28.07.2017  15:34 

Azərbaycanda hər adamın 1232,1 manat xarici dövlət borcu var





A+  A-

Dövlət büdcəsində 2017-ci il üçün Azərbaycan Respublikasının daxili dövlət borcunun yuxarı həddi (limiti) 1000 mln. manat, xarici dövlət borcunun yuxarı həddi (limiti) 500 mln. manat müəyyən edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin təhlinində qeyd edilib.

Qeyd olunub ki, daxili dövlət borclanması, əsasən, daxili bazarda dövlət istiqrazlarının emissiyası və dövlət zəmanətlərinin verilməsi ilə, xarici dövlət borclanmasında isə beynəlxalq maliyyə kredit təşkilatları ilə kredit sazişlərinin bağlanması nəzərdə tutulub.
“Dövlət borcu haqqında” Qanuna əsasən, daxili və xarici dövlət borcunun yuxarı hədləri (limitləri) Azərbaycan Respublikasının milli valyutası ilə müəyyənləşdirilir. Həmçinin yeni dövlət borcalması dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə vaxtı çatmış öhdəliklərin ödənilməsinə yönəldildikdə, bu borcalma dövlət borcunun yuxarı həddinə (limitinə) daxil edilmir.

“Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi barədə” Prezidentin 27 dekabr 2016-cı il tarixli Fərmanı ilə Maliyyə Nazirliyinə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunun 13-cü maddəsi ilətəsdiq edilmiş daxili və xarici borcalmanın, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğini yuxarı həddi (limiti) çərçivəsində bazar konyukturasından asılı olaraq milli və xarici valyutada borcalmanın, o cümlədən dövlət istiqrazlarının buraxılışının həyata keçirilməsi üçün tədbirlər görülməsi tapşırılıb.
Hesablama Palatasına dövlət borcu və dövlət öhdəliklərinin istiqamətləri üzrə borclanma ilə bağlı müvafiq məlumatlar daxil olmasa da, təqdim olunmuş operativ məlumatlara əsasən, 1 iyul 2017-ci il tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə ümumilikdə 11,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb ki, bu, 1 yanvar 2017-ci il tarixə vəziyyətlə müqayisədə 285,4 mln. ABŞ dolları və ya 2,6% çoxdur. Borclu təşkilatların təqdim etdiyi operativ məlumatlara əsasən həmin kredit sazişləri əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 2017-ci ilin 6 ayı ərzində 193,5 mln. ABŞ dolları və ya 2,8% artaraq 7,1 milyard ABŞ dolları təşkil edib. İstifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 18,2%-nə bərabər olub, Adambaşına düşən xarici dövlət borcu isə 1232,1 manat təşkil edib.

1 iyul 2017-ci il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:
XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 7,6%; ABŞ dolları ilə – 75,4%; avro – 13,0%; yapon yeni – 2,5%; digər valyutalar üzrə isə 1,5%. Ölkəyə cəlb edilmiş kreditlərin 32,0%-ni sabit dərəcə ilə olan kreditlər, 68,0%-ni isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib. Xarici dövlət borcunun 57,9 %-i hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 38,0%-i 10 ildən 20 ilə qədər olan müddətdə, 4,1%-I isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. 01 iyul 2017-ci il tarixinə operativ məlumatlara əsasən 2017-ci ilin 6 ayı ərzində dövlətin daxili borcu 431,4 mln. manat və ya 35,1% azalaraq 798,7 mln. manat təşkil edib.

Təqdim olunmuş məlumatlara əsasən daxili dövlət borcunun təqribən 303,3 mln. manatı, xarici dövlət borcu üzrə isə təqribən 549,0 mln. manatı şərti öhdəlik kimi qeydə alınıb.

Xəbər 1257 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +