Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


13.06.2017  13:28 

Görkəmli şair haqqında süjet efirə niyə getməyib? - Alışanova daha bir İTV ittihamı





A+  A-

Müasir Azərbaycan poeziyasının parlaq nümayəndələrindən olan Musa Yaqubun ötən ay qeyd edilmiş 80 illik yubileyi ilə bağlı İTV-nin hazırladığı sujet efirə verilməyib.
XəzərNews.az bildirir ki, BakuPost.az-a daxil olan məlumata görə, AYB-nin müraciətinə əsasən televiziya şairin "Aktyor evi”ndə keçirilmiş yubileyindən süjet çəksə də, rəhbərlik onun yayımlanmasına icazə verməyib.

Bildirilir ki, süjetin "Carçı” xəbərlər proqramında efirə getməsini AzTV sədri A.Alışanov qadağan edib. İddiaya görə, sədr bu qərarını onunla izah edib ki, ötən il məhkəmə kampaniyasında M.Yaqub tanınmış jurnalist Qulu Məhərrəmlini müdafiə edib.

Məsələ ilə bağlı professor Q. Məhərrəmli açıqlamasında baş vermiş hadisəni "əcaib” adlandıraraq nəhəng bir sənətkar haqqında İTV-nin süjet verib-verməməsinin heç bir əhəmiyyəti olmadığını deyib, amma çəkilən süjetin kənar təsirə görə efirə getməməsinin telekanal və onun rəhbərliyi üçün biabırçılıq olduğunu bildirib:

"Mən Arif Alışanovun tutduğu vəzifəyə yaramazlığı, yaradıcı mühitə uyğun gəlməyən mənəvi keyfiyyətləri və başqa naqislikləri barədə ötən il mətbuatda kifayət qədər aydın danışmışam. Ona görə də bu adamın M.Yaqub kimi yüksək ləyaqət sahibinə qarşı nümayiş etdirdiyi kin-küdurət mənə təəccüblü görünmür, təəccüblü olan İTV sədri Cəmil Quliyevin və Yayım Şurasının sədri, hörmətli İmanovun bu fakta sükutla yanaşmasıdır”.

Professor onu da əlavə edib ki, mövcud qanuna görə ictimai yayımçının fəaliyyətinə kənar müdaxilə yol verilməzdir və bu səbəbdən də bu telekanala uzanan çirkli caynaqlar kəsilməlidir.

Görkəmli şair M.Yaqub yubiley tədbirindən çəkilmiş süjetin efirə verilməməsi ilə bağlı sualımızı yumorla qarşılayıb, bunu "mənasız” söhbət adlandırıb:

"Mən Qulu Məhərrəmlini jurnalistikamızın vicdanı hesab edirəm, ona qarşı hər hansı ədalətsizlik olarsa yenə də dəyərli dostumun yanında və eyni mövqedə dayanacağam”.

Məsələ ilə bağlı İTV-dən verilən açıqlamada isə bildirilib ki, TV belə bir tədbirdə çəkiliş aparmayıb: "Bizə o tədbirlə bağlı çəkiliş üçün müraciət olmayıb. İTV-yə həmin tədbirin çəkilməsi üçün nə Musa Yaqubdan, nə də hansısa təşkilatdan müraciət daxil olub. Müraciət olmayanda da gedib çəkiliş edilmir”.

Xəbər 1819 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +