Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


09.06.2017  10:08 

Azərbaycanda daha iki bank BİRLƏŞDİ





A+  A-

Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Atabank” və “CDB Bank”ın birləşməsi ilə bağlı açıqlama yayıb.
Qurumdan XəzərNews.az-a verilən məlumata görə, “ATABANK” ASC 21 dekabr1992-ci ildə 92 nömrəsi ilə Mərkəzi Bank tərəfindən dövlət qeydiyyatına alınmış “Caspian Development Bank (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilib.

Qeyd olunanlarla əlaqədar bildirilib ki, 4 fevral 2015-ci ildə 44 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Caspian Development Bank (CDB)” ASC“ATABANK” ASC-yə qoşularaq yenidən təşkil edildiyi üçün Fonda üzv bankların reyestrindən çıxarılıb və ona verilən şəhadətnamə ləğv edilib..
Bununla da Fonda üzv bankların sayı 31 olub.

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 27.9-cu maddəsinə əsasən iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.

Xəbər 714 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +