Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


01.06.2017  15:43 

Son həbslər nəyə işarədir - Gürcüstanla Azərbaycan arasında nə baş verir?





A+  A-

Gürcüstana sığınmış azərbaycanlı jurnalist Əfqan Muxtarlının Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsi ətrafında mübahislər yaranıb. Azərbaycanın Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun yaydığı birgə məlumatda onun Balakən rayonu ərazisində dövlət sərhədini qanunsuz keçmək istəyərkən saxlanıldığı bildirilib. Yaxınları isə Ə.Muxtarlının Tbilisdə keçirlən əməlliyyat zamanı saxlanıldığını deyirlər.
Barəsində Cinayət Məcəlləsinin 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 206.1-ci (Qaçaqmalçılıq) və 315.2-ci ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunmuş Ə. Muxtarlı mayın 31-də Səbail rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
Əfqan Muxtarlının həbs edilməsi ardından Gürcüstan-Azərbaycan arasında nələrinsə gizli şəkildə baş verdiyi ehtimalı irəli sürülür.

O zaman Gürcüstan-Azərbaycan arasında nə baş verir?

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun üzvü, deputat Rasim Musabəyov açıqlamasında jurnalistin həbs məsələsinin təfərrüatı barədə konkret nəsə deyə bilməyəcəyini söyləsə də, iki dövlət arasındakı münasibətlərə aydınlıq gətirib.
“Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun üzvü olaraq deyə bilərəm ki, iki dövlət arasında siyasi münasibətlər normaldır. Gürcüstanın Azərbaycana qarşı hansısa mövqe tutmasını müşahidə etməmişəm. Azərbaycan və Gürcüstan təbii müttəfiqdirlər. Azərbaycanda da hakimiyyət dəyişikliyi olub, Gürcüstanda da. Yəni hər iki dövlətdə prezidentlər dəyişib. Hər zaman Gürcüstan və Azərbaycan bir-birilə dost və müttəfiq münasibətləri qoruyub saxlaya biliblər. Düşünürəm ki, gələcəkdə də bu belə də olacaq”

(modern.az)

Xəbər 862 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +