Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


17.05.2017  17:56 

Hərbçilər, polislər, diplomatlar... - FETÖ qurbanları mühacirətə qaçır





A+  A-

Türkiyədə 15 iyul gecəsindən sonra mühacirətə gedənlərin sayı durmadan artır.
Orduda bir qrup hərbçi və generalın dövlət çevrilişinə cəhdinin baş tutmaması yüzlərlə vəzifəli şəxsin ölkədə yaşamasını çətinləşdirib.

Fətullah Gülənin hərbi çevrilişə cəhdindən sonra aparılan əməliyyatlardan ziyan çəkən türkiyəli məmurlar Almaniyada qaçqın statusu almaq üçün müraciət edirlər.

Onların arasında hərbçilər, yüksək çinli polislər, diplomatlar var. Hətta Berlində diplomatik fəaliyyətlə məşğul olan onlarla diplomatın qaçqın vəziyyətinə düşdüyü qeyd edilir.

2016-cı ilin oktyabr ayında Almaniya Federativ Respublikası Daxili İşlər Nazirliyinin məlumatına görə, 35 nəfər türkiyəli diplomat Almaniyadan qaçqın statusu almaq üçün müraciət edib.

2017-ci ilin yanvar ayında bəlli olub ki, NATO-nun Almaniyadaki hərbi bazalarında xidmət keçən 40 nəfərdən çox zabit istefa verib və Almaniyanın müvafiq orqanlarına qaçqın statusu almaq üçün müraciət edib.

Ümumiyyətlə, 2016-cı ilin iyul ayından 2017-ci ilin may ayına kimi 414 nəfər Türkiyənin rəsmi dövlət məmurları qaçqın statusu almaq üçün müraciət ediblər. Onlardan 262 nəfəri diplomatlar və hərbçilərdir.

Almaniya KİV-lərin məlumatına görə BAMF (Qaçqınlar və Miqrasiya Üzrə Federal İdarə) Türkiyədə sonuncu referenduma qədər həmin şəxslərə qaçqın statusu verməyib.

Lakin Türkiyədə keçirilən sonuncu referendumun nəticəsindən sonra iki həftə əvvəl bəlli olub ki, onların əksəriyyətinin müraciəti təmin edilib.

Hazırda Almaniyada 7700 nəfərin qaçqın statusu barədə ərizəsinə baxılır.

Onların əksəriyyəti özünü Ərdoğanın siyasətinin qurbanı hesab edənlərdir. Lakin mühacir statusu almaq üçün üz tutan bu şəxslərin FETÖ ilə əlaqələrinin olub-olmadığı qaranlıq qalır.

Böyük ehtimalla hərbçi və diplomatların Gülən şəbəkəsi ilə bağlılığı olub və həbs təhlükəsini hiss etdikləri üçün Almaniya dövlətinə qaçqın kimi təslim olurlar.

(bakipost.az)

Xəbər 1073 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +