Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


03.05.2017  22:19 

“Xəmsə”nin sahibi, məşhur biznesmen saxlanıldı - Şok detallar





A+  A-

Məşhur “Xəmsə” şadlıq sarayı və bir sıra başqa biznes obyektlərinin sahibi Mürvət Həsənli Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
XəzərNews.az xəbər verir ki, idarədən məlumatı “Yeni Müsavat”a təsdiqləyiblər. Bildiriblər ki, M.Həsənli hazırda idarədədir. O, türk iş adamı Ömür Oral və onun türkiyəli vəkilinin Azərbaycanda hədələnməsi ilə bağlı araşdırma çərçivəsində saxlanılıb.

Ö.Oral DİN rəhbərliyinə müraciətində qeyd edib ki, vəkili ilə birgə Bakıya gələn zaman Hava Limanından yerləşəcəyi “Bulvar” hotelinə qədər Mürvət Həsənli tərəfindən təqib edilib. Onu və vəkilini hədələyib. Təqib və təhdid bir neçə ay öncə baş verib, məsələyə Türkiyənin Azərbaycandakı səfirliyi və türk iş adamları qurumu da qarışıb.

İşin qısa məğzi ondan ibarətdir ki, Ö.Oralın sahiblərindən olduğu “Emre Piliç” şirkəti “Siyəzən Broyler” ASC-yə damazlıq yumurta satıb, həmin yumurtaların pulları isə “Siyəzən Broyler” ASC tərəfindən uzun illər Ömür Oralın Azərbaycandakı nümayəndəsi olan “Xəmsə-M” MMC-nin rəhbəri Mürvət Həsənliyə verilib. “Siyəzən Broyler” ASC tərəfindən 3,8 milyon ABŞ dolları M.Həsənliyə verilsə də, sonuncu “Emre Piliç” şirkətinə bu puldan cəmi 2,1 milyon ABŞ dollarını ödəyib, yerdə qalan 1,7 milyon dollarını isə verməyib. Ö.Orala bildirib ki, “Siyəzən Broyler” ASC bu pulları ödəməkdən imtina edir. “Emre Piliç” şirkətinin rəhbəri Ömür Oral bu pulları tələb etmək üçün Azərbaycana gələcəyini və lazımi instansiyalara şikayət edəcəyini bildirdikdə, M. Həsənli cavabında bildirib ki, “Siyəzən Broyler” ASC yüksək hakimiyyət dairələrinə məxsus olduğundan, bu şirkətə qarşı hər hansı addım atıla bilməz. Ö.Oral belə səhv etsə, dərhal həbs ediləcək. Beləliklə də, M. Həsənli Ö.Oralın Azərbaycana gəlişinin qarşısını almağa çalışıb. Ö.Oral deyib ki, bu yolla M.Həsənli “Emre Piliç” şirkətinə çatası təxminən 1,7 milyon ABŞ dollarını qanunsuz şəkildə ələ keçirib. O, Azərbaycana gələndən sonra isə onun özünü təhdid etməyə, oğlunu öldürtdürəcəyi ilə hədələməyə başlayıb.

Xəbər 1005 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +