Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


03.04.2017  13:30 

Bu reklam çarxı Türkiyəni bir-birinə qatıb - VİDEO





A+  A-

Türkiyənin ən böyük qida markalarından biri olan “Ülkər”in 1 aprel-Gülüş Günü ilə əlaqədar hazırladığı “Hesablaşmaq zamanı” silsilə reklamları ölkəni bir-birinə qatıb.
Reklamda qeyd olunan ifadələrin və görüntülərin şirkətin yeni bir çevriliş mesajı verdiyini iddia edən şəxslər ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın evinin qarşısında keşik çəkməyə başlayıblar. Həmin şəxslər arasında millət vəkili Mətin Külünk də olub.

Xaricdə olan şirkət prezidenti Murad Ülkər tvitterdə bütün bunların şirkət üçün qurulan tələ olduğunu yazıb. Onun bu tvitinə 5 minə yaxın şərh gəlib və böyük əksəriyyəti şirkət prezidentinin əleyhinə olub.

Reklamda “hesablaşmaq zamanıdır”, “acılar səni tapacaq” kimi ifadələr cəmiyyət tərəfindən xoş qarşılanmayıb və bunun sırf bir mesaj verdiyi iddia olunub. Bundan başqa, sosial şəbəkə istifadəçiləri yeni videolar hazırlayaraq reklamda istifadə olunan səs və görüntü effektlərinin partlayışa, qorxuya eyham vurduğunu bildirir.



Bütün bu olanlardan sonra şirkət açıqlama verərək marka əleyhinə yalan informasiya yayanlar barədə məhkəməyə müraciət etdiklərini və hər şeyin hüquqi yollarla həll olunacağını bildirib:

“Bir reklam kampaniyamızda istifadə etdiyimiz cümlələr və görüntülər əlaqəsiz bir istiqamətə çəkilib. Markamız barədə əsassız iddialar səsləndirilir. Hər şey hüquqi yollarla həll olunacaq və şirkət olaraq artıq məhkəməyə müraciət etmişik”.

Məşhur marka reklam çarxlarını hazırlayan agentliklə olan əməkdaşlığı sonlandırıb. Bundan başqa, holdinqdə reklam çarxının çəkilməsi ilə əlaqədar olan şəxslər barədə geniş araşdırma başladılıb.

Şirkət aprelin 1-i verdiyi açıqlamada reklamın mart ayının 20-dən televiziyalarda yayımlandığını və ailə üzvləri arasındakı zarafatları əks etdirdiyini qeyd etmişdi:

“1944-cü ildən fəaliyyət göstərən və məhsulları ilə hər kəsin sevgisini qazanan bir şirkət olaraq böyük bir dəyərə sahib olduğumuzu dərk edirik. Heç kim əziz vətənimizə və millətimizlə bütünləşən markamıza zərər verə bilməyəcək. Bu, bizə qarşı məqsədli şəkildə qurulmuş bir oyundur”.

Sözügedən reklam çarxı ilə bağlı ölkənin Baş naziri Binəli Yıldırım da yerli kanala verdiyi müsahibə zamanı münasibət bildirib. Baş nazir reklam çarxını uğursuz adlandırıb:

“Reklam çarxını görməmişəm, ancaq mənə dedilər ki, insanlara çevriliş günlərini xatırladan yersiz cümlələrdən istifadə olunub. Hesablaşmaqdan danışılırmış. Onsuz da, cəmiyyətdə bir narahatlıq var. Bu da həmin narahatlığı bir az da artıran uğursuz bir reklam kampaniyasıdır”.

Sözügedən reklam kampaniyasından sonra şirkətin hissələri dəyər itirərək 3,47% düşüb.

(qafqazinfo.az)

Xəbər 1002 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +