Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.03.2017  16:27 

İcra başçısı ilə stomatoloqlar arasında qarşıdurma





A+  A-

İki il öncə prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun tətbiqi və yoxlamaların dövlət tənzimlənməsinə dair fərman verib.
XəzərNews.az xəbər verir ki, “Bizim Yol” qəzetinin yazdığına görə, 2015-ci il noyabrın 1-dən qüvvəyə minən qanunundan irəli gələn tələblərin pozulması hallarını aşkar etdikdə, bu barədə məlumatları Baş Prokurorluğa təqdim edilməli, bu qurum da qanununun və fərmanın tətbiqi nəticələri barədə üç ayda bir dəfə dövlət başçısına məlumat təqdim etməlidir.

Qanundan və bu fərmandan irəli gələn tələblərin pozulmasına dair məlumatların araşdırılmasını və aşkar olunmuş hüquq pozuntuları barədə müvafiq tədbirlərin görülməsini təmin edilməli, bu barədə prezidentə mütəmadi məlumat təqdim edilməlidir.

Prezidentin 2015-ci il 26 oktyabr tarixli digər fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində siyahısı aşağıda göstərilən yoxlamalar aparıla bilər.

Dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsi Səhiyyə Nazirliyi tərəfindən yoxlanıla bilər.

Bərdə rayonunda fəaliyyət göstərən stomatoloq Bəhlul Abbaslı iddia edir ki, yerli icra hakimiyyəti tərəfindən sözügedən qanunundan və fərmandan irəli gələn tələblər pozulub. Onun sözlərinə görə, Bərdə rayonunun icra başçısının sərəncamı ilə stomatoloqların fəaliyyəti yoxlanılır. Həkim sərəncamın və yoxlamanın qeyri-qanuni olduğunu bildirir.

“Guya bir vətəndaş stomatoloqlardan şikayət edib. İcra başçısı da stomatloqların fəaliyyətinin yoxlanılması üçün bu ilin martın 9-da sərəncam verib. Yoxlamanın aparılması üçün komissiya yaradıblar.

Həkimləri yoxlamayacaq komissiyaya sədr olaraq humanitar şöbənin dini qurumlarla iş üzrə məsləhətçisi Eldəniz Səfərov təyin olunub. Komissiyanın nümayəndələri iki polis əməkdaşı və mülki geyimli şəxslərlə həkimlərin kabinetinə daxil olub, onları yerli icra hakimiyyətinə çağırıblar. Hamımızı bir yerə yığdılar. Bizdən “hörmət” istədilər”,-deyə Bəhlul Abbaslı bildirib.

O deyir ki, bu tələbə etiraz edən həkimlərin kabinetinin qapısını Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin möhürü ilə bağlayıblar: “Mərkəzin Bərdə rayon şöbəsinin inzibati binasına gedən ordan xəstə çıxar, amma guya bizim fəaliyyətimizdə nöqsan tapıb.

Keçirilən iclasda xəbərdar etdilər ki, bizi cəzalandırmaq üçün əllərində imkanlar çoxdur. Doğru deyirlər yerli icra orqanları Bərdə Rayon İcra Hakimiyyətindən asılıdır. Nə hava çalsa, ona da oyanacaqlar. Biz rüşvətə etiraz etdik deyə kabinetlərimizi bağladılar. Təkcə bizim deyil, rayonun diş xəstəliyindən əziyyət çəkənlərin də hüququnu pozdular.

Bir müddət sonra məcburiyyətdən bəzi həkimlər rüşvət tələbinə boyun əydi və onların kabinetinin qapısı açıldı. İcra hakimiyyətində yenidən iclas keçirib, həmin şəxslərə guya fəaliyyətini standartlara uyğunlaşdırılması üçün bir ay vaxt veriblər. Onlara “gedin yenidən lisenziya alın” deyiblər. Həmin iclasda bizi yenə hədələyiblər. Bizim barəmizdə ölçü götürəcəklərini deyiblər. Bir sözlə bizi gözümçıxdıya salıblar”.

Bəhlul Abbaslı iddia edir ki, Bərdə rayonda mərkəzi diş polikilinkada çalışan şəxslərin həkim diplomu yoxdur: “Orda həkim kimi çalışan şəxslər texniklər, onun-bunun əlinə baxıb öyrənənlərdir. Mən 1996-2001-ci illərdə Azərbaycan Tibb Universitetini stamotologiya fakültəsini bitirmiş, könülü hərbi xidmət keçmiş baş leytenantam. Təəssüf ki bizə dəyər verən yoxdur”.

Xəbər 2499 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +