İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


01.03.2017  12:32 

Pensiya yaşı niyə artırılır? - “İnsanların ömrü uzanıb”





A+  A-

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Pensiya yaşının 65 yaşa qaldırılması ilə bağlı təkliflər isə ictimaiyyətdə bir qədər anlaşılmazlıq yaradıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sözügedən qanuna təklif edilən bu dəyişikliklə bağlı məsələyə aydınlıq gətirib.

Komitə sədri vurğulayıb ki, qanunun iyulun 1-dən etibarən qüvvəyə minməsi təklif edilir: “Məsələn, indi qadınlarda pensiyaya çıxma yaşı 60-dır. Bu ilin sonunda 60 yaş yarımdan pensiya yaşı hesab olunacaq. Hər il 6 ay (yarım il) müddət pensiya yaşının üstünə gələcək. Gələn il bu hədd 61, o biri il isə 61 yarım, ondan sonrakı il 62 olacaq. Bu cür hesablama ilə 10 ilə qadınların yaş həddi 65 olacaq.

Ancaq hazırda hər hansı qadının 60 yaşı varsa, pensiyanı sənədləşdirə bilər. Amma gələn ildən etibarən bu rəqəm 60 yaş yarımdan sonra olacaq”.

H. Rəcəblinin sözlərinə görə, pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur:

“İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir. Müəllimlər, həkimlər bizlə qırğın edirlər ki, gümrahıq, işləyə bilərik, amma siz bizi pensiyaya çıxardırsınız”.

H. Rəcəbli qeyd edib ki, pensiyaçı qadınların dünyasını dəyişmə yaşı statistikaya əsasən 78,5 ildir:

“Biz qadınlara orta hesabla 78, 5 yaşına qədər pensiya veririk. Amma bizim hesablamamızla pensiya haqqını ödəmə 12 il müddətinə verilməlidir (60+12). Yəni qadın 72 yaşına qədər pensiya almalıdır. Biz yuxarı yaş həddini müəyyən edə bilmədiyimizə görə, pensiyaya çıxma yaşını artırıb 65 edirik. Yəni qadınların pensiya yaşı 65-ə çatdıqdan sonra onlar minumum 12-13 il pensiya alacaqlar”.

Komitə sədri 12 illik staj müddətinin ləğv olunması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, staj müddətinin ləğvi obyektiv, lazımlı və xeyirlidir:

“Məsələn, adam var ki, 5 il yüksək maaşla yaxşı ödəmə ödəyib. Ancaq pensiyaya çıxmaq istəyir və ona deyirlər ki, sənin 12 illik stajın yoxdur, sənə pensiyaya çıxmaq olmaz. Ancaq indi 12 illik stajın olmasa da sənin sığorta haqqı ödəmə məbləğinin ümumi həcmini 144-ə böləndə 110 manat edirsə sən pensiyanı ala bilərsən. Burada əsas məsələ sosial ədalət prinsipinə əsaslanmaqdır”.

(qafqazinfo.az)

Xəbər 2639 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +