Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


28.02.2017  19:27 

Xətaidə 200 minlik rüşvət QALMAQALI - İcra başçısı üçün ağır günlər





A+  A-

Razim Məmmədov barədə növbəti şok xəbər yayılıb: deyilənə görə, başçı 1-ci müavini Rafiq Quliyevi işdən çıxarıb, onun yerinə başqa adamı götürmək istəyirmiş; başçının planı baş tutmadıqda, digər müavinini şantajla işdən qovub
XəzərNews.az bildirir ki, Bakının Xətai Rayon İcra Hakimiyyəti haqda Musavat.com-a yeni məlumat daxil olub. Mənbə bildirir ki, ötən ilin payızında Xətai RİH başçısı Razim Məmmədov özünün 1-ci müavini Rafiq Quliyevi işdən azad etdikdən sonra, onun yerinə İH-nın hüquq şöbəsinin müdirini Teymur Əzizovu götürmək istəyib.
İddiaya görə, bunun üçün şöbə müdiri 200 min manatından keçməli olub. Mənbə bildirir ki, bu məbləği T.Əzizovun dayısı düzəldib. Onun dayısının böyük maddi imkanlara malik olduğu deyilir. Lakin ölkə rəhbərliyi Rafiq Quliyevi işinə bərpa etdikdən və icra başçısına barmaq silkələyib, təpindikdən sonra, T.Əzizovun adamları Razim Məmmədovdan pullarını geri istəyib. O, qarşı tərəfə bir az səbirli olmağı tövsiyə edib.

Məlumatı verən mənbə deyib ki, başçının “B planı” olub. Belə ki, o, Rafiq Quliyevin arxasını bərk gördükdən sonra başqa “arxasız” müavinini qaralayıb. Həmin müavin Zaməddin Əkbərov olub. Başçı ilə araları onsuz da sərin olan Zaməddin Əkbərov son vaxtlar davamlı olaraq Razim Məmmədovun danlağını eşitməli olurmuş. Mənbə iddia edir ki, Razim Məmmədovu bir yandan da T.Əzizovun adamları vaxtaşırı narahat edirmiş. Adamlar ondan iki şey tələb edirmişlər: ya pul, ya vəzifə. Ona görə də başçı Z.Əkbərovu “vurmaq” üçün bəhanə gəzirmiş. Günün birində o, bu bəhanəni tapır. Müavin 30 dəqiqə işə gecikdiyinə görə icra başçısının kabinetinə çağırılır. Xeyli çək-çevirdən sonra icra başçısı “səninlə işləyə bilmirəm, ərizəni yaz, get” deyib. Z.Əkbərov xahiş edib ki, 65 yaşı 2017-ci ilin avqustunda tamam olur, o vaxta kimi vaxt verilsin, gələcəkdə pensiyaya normal çıxa bilsin. Qaynaq bildirir ki, onun xahişi nəzərə alınmır. Əlacsız qalan Z.Əkbərov elə R.Məmmədovun kabinetindəcə istefa ərizəsini yazmalı olur.

Mənbə bildirir ki, Zaməddin Əkbərovun müqavimət göstərməyə, etiraz etməyə imkanı olmayıb. İcra başçısı ona bildirib ki, müəyyən qanunsuz əməlləri haqda məlumatlıdı, əgər etiraz etsə, müqavimət göstərsə, qanunsuz əməlləri barədə hüquq mühafizə orqanlarına məlumat ötürə bilər və bu da Z.Əkbərov üçün işdən çıxmaqdan daha betər olar. Ona görə də o, sakitcə taleyi ilə barışmağa razılaşıb. İcra hakimiyyətindəki mənbələr bildirib ki, bir növ Razim Məmmədov sabiq müavinini şantajla susdurub.

Xatırladaq ki, bir neçə ay öncə Razim Məmmədov icra hakimiyyətində iclas zamanı özünün 1-ci müavini Rafiq Quliyevi hamının gözü qarşısında təhqir edərək, işdən çıxarıb. Qarşı tərəf başçının bu kobudluğuna sərt formada cavab qaytarıb. Mübahisə böyüyüb. Sonradan Rafiq Quliyev ölkə rəhbərliyinə çıxış əldə edib və Razim Məmmədovun onu heç bir səbəb olmadan işdən çıxartdığını söyləyib. Bundan sonra Razim Məmmədov ən yuxarı səviyyədə danlanıb, sərt formada tənbeh edilib. Ondan tələb olunub ki, Rafiq Quliyevdən üzr istəyib, onu işinə qaytarsın. Razim Məmmədov bir neçə gün öncə onlarca adamın gözü qarşısında söyüb təhqir edərək işdən çıxardığı müavinindən üzr istəyib və qərarını geri oxuyub.

Mənbə bildirir ki, R.Məmmədov həmin vaxt Rafiq Quliyevin Xətai rayonu ərazisindəki əksər obyektlərini bağladıbmış. 1-ci müavin vəzifəsinə qayıtdıqdan sonra, həmin obyektlərin qapısı ağzındakı qıfıllar sökülüb.

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov musavat.com-a mövzu ilə bağlı açıqlama verib. P.İmanov deyib ki, bu haqda deyilənlər həqiqəti əks etdirmir.

Mövzunu davam etdirəcəyik.

Xəbər 3092 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +