Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…


29.11.2019  20:41 

Mətbuat Şurası 2 qəzet və 3 saytla bağlı qərar verdi





A+  A-

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
XəzərNews.az xəbər verir ki, komissiya ilk olaraq Ağsu rayon sakini Səadət Mehdiyevanın “Bələdiyyə birliyi” qəzetinə qarşı şikayətini araşdırıb. Komissiya müəyyən edib ki, şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın 1-ci prinsipinin (Həqiqətə xidmət, dəqiqlik və obyektivlik) tələbləri pozulub. Qəzetdə Səadət Mehdiyeva haqqında dərc edilən yazıda kəskin ifadələr və ittihamlar yer alsa da, onun mövqeyi öyrənilməyib, material birtərəfli hazırlanıb. Qəzet təmsilçisi hərəkətlərini əsaslandırmaq üçün Komissiyaya heç bir tutarlı arqument təqdim etməyib. “Bələdiyyə birliyi” qəzeti ilə bağlı məsələnin geniş araşdırılmasının MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına həvalə edilməsinə dair rəy verilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin “Aktualinfo.org” xəbər portalına qarşı şikayəti də araşdırılıb. Şikayətçi bildirib ki, “Aktualinfo.org” xəbər portalında Universitet barədə tənqidi material yayılıb. Faktlar birtərəfli işıqlandırıldığı, əsassız ittihamlarla zəngin olduğu üçün redaksiyaya təkzib məktubu göndərilib. Təkzib dərc edilsə də, ona şərhlər qoşulub və kontekstdən çıxarılıb. Portal rəhbərliyi Komissiyanın yeni təkzib mətni dərc etməsi barədə tövsiyəsini qəbul edib.

Bakı şəhəri 244 nömrəli tam orta məktəbin direktoru Yəhya Abbasovun “Azxeber.com”, “Aktualxeber.az” saytlarına qarşı şikayəti, şikayətçinin iclasa qatılmaması və əsaslandırma üçün zəruri faktlar təqdim etməməsi səbəbindən baxılmamış saxlanılıb.

“Qarabağ” qəzetinin əməkdaşı Əntiqə Aslanovanın qəzetin baş redaktoruna qarşı şikayəti də müzakirə edilib. Baş redaktor mövqeyini əsaslandırmaq üçün əlavə sənədlərə ehtiyacın olduğunu bildirib və müzakirələrin növbəti toplantıya keçirilməsini istəyib. Komissiya bu istəyi təmin edib, məsələnin müzakirəsi növbəti iclasa saxlanılıb.

Xəbər 1593 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +