07.02.2017 11:55
İqtisadçı ekspert Vüqar Bayramov son günlər manatın dollara nisbətən möhkəmlənməsinə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, V. Bayramov bununla bağlı sosial şəbəkədə yazıb ki, monitorinqlər göstərir ki, yanvarın ayının sonundan başlayaraq dollara tələb azalıb: “Hətta dollar təklifində də artımlar var. Əslində, yanvar və fevral aylarında dollara tələbin azalması gözlənilən idi. Dekabr ayında idxal, borc öhdəliklərin ödənilməsi və eləcə də səfərlərin sayında artımlar baş verir və nəticədə ilin son ayında dollara olan artım növbəti ilin ilk ayında azalma ilə müşahidə edilir. Dövlət Neft Fondunun yanvar ayında cəmi 285 milyon dollar satması da həmçinin tələbin azalması ilə bağlı idi.
Dollara tələbi artıq əsasən 3 faktor yaradır: idxalın həcmi, xarici borc öhdəlikləri və ölkədən xaricə pul transferi. Dollarlaşma səviyyəsi yüksək olduğu üçün artıq əhalinin yığımlarının strukturu manatın məzənnəsinə əvvəllər ciddi təsir etsə də, indi təsir xeyli dərəcədə azalıb. Çünki 2014-cü ildən sonrakı müddətdə nəinki əhali, hətta biznesin böyük əksəriyyəti yığımlarını xarici valyutaya çevirdilər. Bununla yanaşı, cari xərclər üçün yenə də manata ehtiyac var.
Əslində, əks-dollarlaşma prosesinə başlaya birlərsə Mərkəzi Bank həmin dollarlarının bir hissəsinin manata çevirilib sərmayəyə yönəlməsinə nail ola bilər”.
Onun sözlərinə görə, əvvəlki illərin təcrübəsinə və eləcə də idxalın dövrü struktruna nəzər alsaq, fevral ayının birinci yarısında dollara tələbin aşağı olması ənənəvi xarakter daşıyır: “Mərkəzi Bank üçün ən çətin aylar mart, avqust və dekabr ayları hesab edilir. Çünki bu aylar idxalın atması, bir sıra inkişaf etmiş ölkələrində maliyyə ili martın 31-də başa çatdığı üçün xarici borc öhdəlikləri və xarici səfərlərin çoxluğu baxımından dollara tələb yenidən yüksəlir. Gözlənilir ki, məhz bu səbəblərdən dollara tələb mart ayında yenidən yüksələcək. Əgər Mərkəzi Bank Neft Fondunun bu ilki 7.5 milyard manatlıq transferinin bir hissəsini mart ayında hərraclara yönəldərsə, o zaman gələn ay tələbi optimallaşdıra bilər. O baxımdan, mart ayında Mərkəzi Bankın mövqeyi çox önəmli olacaq. Və əslində 2017-ci ildə Neft Fondunun 14.5 milyard manatlıq büdcəsi fonunda Mərkəzi Bank bazarda aparıcı mövqeyini qoruyub saxlaya bilər. Neftin dünya bazar qiymətinin stabilləşməsi və Trampın dolları dünya bazarında zəiflətmək istəyi də valyuta bazarına psixoloji təzyiqi müəyyən qədər azaldır. Bu isə o deməkdir ki, hərraclara xarici valyutanın çıxarılmasını təmin edən Mərkəzi Bank manatın məzənnəsinə təsir imkanlarını qoruyub saxlamaqdadır”.
|
31.05.2024 18:48
Almaniyada siyasətçiyə canlı yayımda bıçaqlı hücum: Yaralılar var
31.05.2024 18:32
31.05.2024 17:08
31.05.2024 15:19
30.05.2024 18:23
29.05.2024 23:49
29.05.2024 17:41
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
29.05.2024 16:41
29.05.2024 13:32
“Onlar aparıcı deyil, “opparıcı”dır” - Yusif Ağayevdən sərt sözlər
29.05.2024 11:55
Erməni diasporunun Fransa hakimiyyətinə təzyiqi böyükdür -VİDEO
28.05.2024 16:12
28.05.2024 16:06
27.05.2024 16:14
27.05.2024 16:01
27.05.2024 15:41
“Yaxşı kişi arvadını paylaşmaz” deyənləri tapıb... - Məşhur tiktoker
27.05.2024 15:30
“Gənc fikirləşir ki, 3-4 ay sonra boşanacağamsa, niyə evlənim?”
27.05.2024 10:23
Qərbi Azərbaycan İcmasının Qax rayonu üzrə nümayəndəsi seçilib
26.05.2024 17:17
24.05.2024 19:26
24.05.2024 15:30
24.05.2024 13:29
Təkcə Bakı yox, regionlar üçün də keçərlidir - Bu şəxslərə MÜJDƏ
24.05.2024 12:35
23.05.2024 18:39
23.05.2024 17:24
“Nar” ölkə üçün önəmli sosial layihələri dəstəkləməyə davam edir
23.05.2024 11:31
23.05.2024 11:28
Blogerlərin, jurnalistlərin öz missiyası var - Elçin Mirzəbəyli
23.05.2024 10:00
22.05.2024 16:08
22.05.2024 13:35