Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol


18.09.2018  19:17 

DTX Ağsuda əməliyyat keçirdi





A+  A-

Ağsuda qanunsuz dini ayinlər icra edən şəxslər aşkar edilib.
XəzərNews.az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti və digər qurumların əməkdaşlarının birgə iştirakı ilə dini yığıncaqların qanunla müəyyən edilmiş qaydalarının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Ağsu şəhər sakini Məmmədov Vüqar Cəlal oğluna məxsus Ağsu şəhəri Səməd Vurğun küçəsi 14 A ünvanındakı mənzilə baxış keçirilib.

Baxış əsnasında qanunazidd qaydada dini ayinlərin icrası, eləcə də “Dini etiqad azadlığı haqqında” qanunun müvafiq maddələrinin pozulduğu aşkar edilib. Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Məmmədov Vüqar Cəlal oğlu, Məcidov Rauf Çingiz oğlu və Ağsu rayonu Bozavand kənd sakini Zeynalov Qənbər Malik oğlu barəsində DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.

Xəbər 1221 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.06.2024  12:58 

Sabah hava necə olacaq ?

03.06.2024  11:27 

Arzu Orucov həbs edilib


BÜTÜN XƏBƏRLƏR +