İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.11.2018  16:07 

Sıla Ahmet Kuraldan şikayətçi oldu





A+  A-

Türkiyənin məşhur müğənnisi Sıla Gençoğlu aktyor sevgilisi Ahmet Kuraldan şikayətçi olub.
XəzərNews.az xəbər verir ki, pop ulduz İstanbul Ailə Məkhəməsinə müraciət edərək A. Kuralın ona şiddət göstərdiyini iddia edib.

Məhkəmədən çıxarkən görüntülənən sənətçi mətbuat nümayəndələrinin suallarını cavablandırıb: “ 3 ay uzaqlaşdırma qərarı aldıq. İfadə verməyə gəlmişəm. Ahmet Kuraldan şikayətçiyəm”.

Sılanın vəkili Rezan Epozdemir isə sənətçinin zorakılığa, psixoloji şiddətə, təhqir və təhdidə məruz qaldığını bildirib.

Sıla özü isə ifadəsində bildirib ki, şiddət olayı oktyabrın 29-da baş verib. Belə ki, müğənni spirtli içki qəbul edən aktyorun onu yerdə sürüdüyünü, başını divarlara vurduğunu iddia edib: “Təhqirə məruz qaldım. Qaçmağa çalışanda təkrar saxladı və başıma külqabı ilə vurdu. Təxminən bu şiddət 45 dəqiqə davam edir”

Qeyd edək ki, gah küsən, gah da barışan cütlük barədə bir neçə həftə bundan əvvəl toy xəbəri yayılmışdı. Onların noyabr ayında nişanlanacağı deyilirdi.

Xəbər 1284 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +