Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


12.01.2018  14:09 

Maaşınızdan nə qədər çıxacaqlar? - Belə hesablayın





A+  A-

Bildiyimiz kimi, bu ilin yanvarın 1-dən etibarən “İşsizlikdən sığorta fondu haqqında” yeni qanun layihəsi qüvvəyə minib.
XəzərNews.az xəbər verir ki, yeni qanun layihəsinin qüvvəyə minməsi ilə əlaqədar insanları əməkhaqqı məbləğində hansı dəyişikliklərin olacağı məsələsi düşündürür. 2018- ci ilin əvvəlindən Azərbaycanda tətbiqinə başlanan işsizlikdən sığorta sistemi işsiz şəxsin iş yerini itirdiyi andan onun yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin tam və ya qismən kompensasiya edilməsinə, onun əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsinə xidmət edir. İşsizlikdən sığorta ödənişinin isə 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən olunub.

Sözügedən qanunun tələblərinə əsasən işçilərin əmək haqqının 0.5%-i, işəgötürən tərəfindən isə əmək haqqı fondunun 0.5%-i məbləği həddində sığorta haqqı hər təqvim ayı ərzində müvafiq icra hakimiyyəti orqanına ödəniləcək.

Bununla yanaşı “Sosial sığorta haqqında” qanunun da tələblərinə əsasən hər təqvim ayı ərzində işçinin əmək haqqının 3%-i, əmək haqqı fondunun isə 22% məbləği işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqqı kimi ödənilirdi.

2018-ci ildə ölkə üzrə yaşayış minimumunun dəyişməsi, yəni 155 manatdan 173 manata çatdırılması Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən aylıq 2500 AZN-dək məbləğdə əmək haqqı alan işçilərin sırf həmin məbləğ həddində gəlir vergisindən azad olmasına əsas verib.

Belə olan halda bu gün işçinin aldığı mövcud əməkhaqqıdan hansı məbləğdə pulun hara və necə çıxılacağını diqqətə çatdırırıq.

1) Məsələn, əgər işçi 400 manat əməkhaqqı alırsa, onun 3%-i məcburi dövlət sosial sığorta haqqına, yəni (12 manat)

2) Mövcud əməkhaqqı məbləğindən minimum yaşayış həddi çıxılır ( 400-173=227) Alınan 227 manatın 14 %-i gəlir vergisi kimi yəni( 31.78)

3) 400 manatın 0,5%-i isə yəni (2 ) isə işsizlikdən sığorta fonduna

Beləliklə də, 400 manat əməkhaqqı alan işçi maaşından göstərilən məbləğlər çıxandan sonra ( 400-12-31.78-2=354.22) 354.22 manat əməkhaqqı alacaq.

İkinci misal. Məsələn, 2800 manat maaş alan işçinin əməkhaqqından çıxılacaq məbləğləri hesablayaq.

2800 manatın 3%-i 84 manatı məcburi dövlət sosial sığorta haqqı

- 2500 manatın 14%-i 350 manatı gəlir vergisi , qalan 300 manatın 25 %-i yəni 75 manatı , ümumilikdə isə (350+75=425),

- 0,5%-i işsizlikdən sığorta haqqına yəni ( 14 man) çıxılır.

Beləliklə də 2800 manat əməkhaqqı alan işçidən (2800-84-425-14) 2277 manat əməkhaqqı alacaq.

Xəbər 2026 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2024  12:35 

Sabahın havası açıqlandı

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO


BÜTÜN XƏBƏRLƏR +