Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


02.02.2017  12:20 

Mərkəzi Klinikada tükürpədici qansızlıq: Pula görə ölünü girov götürdülər





A+  A-


Şikayətim morq deyilən Mərkəzi Klinikadandır. Allah heç kəsi o xəstəxanaya salmasın. Sağlam insan da oradan ölü çıxır”.

Məlumata görə, bu sözləri Fərid adlı sosial şəbəkə istifadəçisi yazıb. Onun sözlərinə görə, qohumu sözügedən klinikaya yerləşdirilib: 

“Qohumumdan gününə 500 manat alırdılar. Reanimasiya şöbəsinə yerləşdirəndən sonra dedilər ki, 2-3 günə əməliyyat olunacaq. Amma bir həftə uzandı, sonra 15 günə gedib çıxdı. Axırda dedik ki, əməliyyat olunmursa çıxaraq. 

Qoymadılar, yanvarın 20-də əməliyyat olunacağını söylədilər. Ayın 19-u axşam zəng etdi ki, məni reanimasiya palatasına aparırlar. Axşam saatlarında vəziyyəti pisləşdi və sonra dünyasını dəyişdi”. 

Fərid qeyd edib ki, çıxhaçıxda klinika 670 manat borc olduğunu bildirib: “Kinika tələb etdi ki, pulu ödəyin, əks halda mərhumu verməyəcəklər. Necə də qansız bir hərəkətdir. İnsanı öldürməkləri azmış kimi, pul da tələb edirlər. 

Biz çıxanda yeni xəstə gətirmişdilər, ona da eyni oynadılar. Deməli, xəstə əməliyyatdan qabaq bütün şöbələrdə saxlanır, yaxşı pulu əlindən alınır, sonra əməliyyata qaldırılır”.

Məlumata görə, Mərkəzi Klinikadan tez-tez şikayətlər daxil olur. Bu klinikanın ginekoloji şöbəsinin həkimləri də soyğunçuluqla məşğuldur. 

Bu barədə ayrıca yazı təqdim edəcəyik. Bir müddət əvvəl Bakı sakini Mərkəzi Klinik Xəstəxanasında soyğunçuluqdan şikayətlənmişdi. Nanə Nara adlı şəxs övladını təcili sözügedən klinikaya çatdırıb. 

“Dedilər ki, 200 manat depozit qoyub yuxarı qalxın. Üstümüzdə 90 manat var idi. Yoldaşım təcili valyuta məntəqəsinə qaçdı ki dolları dəyişib qalan 110 manat da versin. 

Həkim dedi ki, bədənində maye quruyub və təcili sistem qoşulsun. Bunu özümüz də bilirdik və sistem tələb edirdik. 

O çıxan kimi tibb bacısı 600 manat depozit istədi. Dedim ki aylıq məvacibimiz 600 manatdır. Dilə tutmağa başladılar ki, heç olmasa 500 manat qoyun”.

Ümumiyyətlə, paytaxtın Mərkəzi Kliniki Xəstəxanası soyğunçuluq ocağına çevrilib. Şəhərin ən bahalı səhiyyə ocağı olan klinika ödənişsiz tibbi xidmət qərarına məhəl qoymur. 

Mərkəzi Kliniki Xəstəxanada pasientlər soğan qabığı kimi soyulur. Onların məlumatına görə, qəbul 50 manatdır və pulu olmayan xəstə ölməlidir.

Ümumiyyətlə, ölkədə daha çox Mərkəzi Kliniki Xəstəxana kimi tanınan və yüksək tibbi xidmət səviyyəsinə görə seçilən “Mərkəzi Klinika” MMC-nin göstərdiyi tibbi xidmətlər çoxlarının kəskin narazılığı ilə müşayiət olunur. Ölkə səhiyyəsi “rüşvət və özbaşınalıq epidemiyası”ndan qurtula bilmir. 

Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı çoxdan funksionallığını itirib. 

Ölkənin istənilən dövlət tibb müəssisəsinə ayağını bas, qapıdan liftə, liftdən həkim otağına, həkimdən sıravi təmizlik xidmətçisinə qədər pul tələb edirlər. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

(politika.az)

 



Xəbər 1481 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +