Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


31.03.2022  20:55 

İçimizdəki özgələr...





A+  A-

Ernest Heminquey “5-ci kolon” pyesinə önsözündə yazır: “Müharibənin əvvəlində şəhərin içində Beşinci kolonun adamlarını ələ keçirmək mümkün olanda onları güllələyirdilər.

Sonradan onları məhkəməyə verməyə başladılar – Respublikaya qarşı törətdikləri cinayətlərindən asılı olaraq məhkəmə barələrində bir neçə il həbsxana və ya həbs düşərgəsi və yaxud edam hökmü çıxarırdı. Amma müharibənin əvvəlində onları güllələyirdilər. Onlar savaş dövrünün qanunlarına görə bunu haqq edirdilər...”

Söhbət İspaniya Respublikasında Vətəndaş müharibəsi (1936-1939) zamanı baş verən hadisələrdən gedir. Respublikanın süqutunda Franko agenturası – “quinta columna” (5-ci kolon) Madridə hücim edən general Emilio Molenin 4 ordu kolonu ilə birlikdə pay sahibi oldu. Bu, hələ vətəndaş müharibəsi idi...

Əslində, bu işi almanlar daha əvvəl başlamışdılar. Mussolinin sözlərinə görə, Almaniya hələ Birinci Dünya müharibəsi zamanı Antanta ölkələrinin arxa cəbhəsində “quinta arma” (5-ci ordu) yarada bilmişdi. Məsələn, bir çox mənbələrə görə, Lenin “quinta arma”nın “görkəmli” nümayəndəsidir. Nasistlər isə İkinci dünya savaşı zamanı “5-ci kolon işi”ni “mükəmməl” səviyyəyə çatdırdılar – Hitlerin dünyaya səpələnmiş agenturası faşistlərin işğallarına öz töhfələrini verirdilər.

Müasir dövrdə 5-ci kolon qurmaqda kimsə ruslara tay ola bilməz. “KQB” və “QRU” bu işin kitabını yazıb, nə frankistlər və faşistlər, nə də CIA və MI6 agentura qurmaqda rusların əlinə su tökə bilərlər...
Əgər kollaborasionist işğal zamanı düşmənlə öz dövlət, vətən və millətinin ziyanına könüllü və ya məcburi əməkdaşlığa girirsə, 5-ci kolonun üzvü daha əvvəldən Vətəni düşmənə keçi qiymətinə satır. Və ya onun özünü keçi qiymətinə alırlar...

Son vaxtlar 5-ci kolonun nümayəndələri yetərincə fəallaşıblar və həyasızlaşıblar: özlərini gizlətməyə heç ehtiyac belə duymur, ölkənin maraqlarına zidd mövqe nümayiş etdirir və hətta dövlətin siyasi kursuna qarşı açıq təbliğat aparmaqdan belə çəkinmirlər.
İçimizdəki özgələrin qınlarından çıxmaları həm də ictimai qınağın yetərsizliyi ilə əlaqəlidir.
Bu yetərsizliyin çox səbəbi var və biri də budur ki, çoxlarımız üçün “5-ci kolon” sözü siyasi termin anlamında bu bədnam işin mahiyyətini bir qədər xəfiflədir. Sonadək dərk edilmir ki, başqa dövlətə lakeyliyin, öz dövlətinə qarşı özgənin maşası olmağın gerçək anlamı çox ağırdır – yəni, adam 5-ci kolonun üzvüdürsə, de-fakto xarici agent, casus, satqın, daha dəqiqi, daxildəki düşməndir...

Qəzənfər Həmidoğlu

Xəbər 1539 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +