İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.02.2022  16:51 

Almaniyada prezidenti kim və necə seçir?





A+  A-

Fevralın ayının 13-də Almaniyada prezident seçkiləri keçiriləcək.

Prezidentin seçilməsində 1472 seçici iştirak edəcək. Bəs bu 1472 seçici necə müəyyən edilir və ya onlar kimlərdir?

Almaniya prezidenti adətən beş ildən bir keçirilən Federal Məclisdə seçilir. Federala Məclis Bundestaqın deputatları (indi onların sayı 736-dır) və 16 federal ştatın eyni sayda nümayəndəsi iştirak edir. Beləliklə, fevralın 13-də keçiriləcək 17-ci Federal Məclisdə 1472 nəfər iştirakı nəzərdə tutulur.

Federal Məclisdə hər bir federal əyalətdən nə qədər insanın seçilməsi həmin federal əyalətin əhalisinin sayından asılıdır. Federal qanunverici orqanlar proporsional təmsilçilik prinsiplərinə uyğun olaraq prezidentin gələcək seçicilərini seçirlər. Bu şans çox vaxt parlament üzvlərinə, eləcə də yerli siyasətçilərə və tanınmış şəxslərə verilir. 17-ci Federal Məclisdə məşhurlar arasında virusoloq Kristian Drosten, milli futbolçu Leon Goretzka və populyar pianoçu İqor Levit də yer alıb. Keçmiş kansler Angela Merkel də bu il prezident seçənlər arasında olacaq.

Prezident seçkiləri adətən Reyxstaqın plenar zalında keçirilir, lakin pandemiya səbəbindən daha çox yerə ehtiyac olduğundan seçkilər Paul Lebehaus adlanan hökumət binasında keçiriləcək. Bütün səsvermə prosesinin təxminən iki saat çəkəcəyi gözlənilir.

Federal Məclis üzvlərinin əksəriyyətinin - bu dəfə ən azı 737 nəfərin səsini toplayan şəxs prezident seçiləcək.

Seçilən şəxsə prezidentliyə seçilmə faktı ilə razılaşıb-razı olmadığını demək üçün iki gün vaxt verəcək. Lakin, bir qayda olaraq, seçilmiş şəxs bunu nəticələrinə elanından dərhal sonra münasibət bildirir və çıxış edir.

Əlövsət Əliyev
Almaniya

Xəbər 1356 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +