İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.09.2021  13:54 

Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət





A+  A-

Dünyada pandemiya ərzində koronavirusdan həlak olanların sayı 4.58 milyonu ötüb. Bununla yanaşı, ABŞ, Hindistan və Braziliya bütün bu dövr ərzində COVID-19 infeksiyasına 20 milyondan çox yoluxma qeydə alınan ölkələrdir.
Azərbaycanla qonşu ölkələrdə də koronavirus infeksiyası gündəmdə qalmağa davam edir.

XəzərNews.az xəbər verir ki, ötən sutka ərzində Rusiyada 18 024 yeni yoluxma halı aşkarlanıb. Bununla yanaşı, son sutka ərzində bu ölkədə 797 nəfər virusdan dünyasını dəyişib, 18 262 nəfər isə sağalıb.

Bununla da, pandemiya ərzində Rusiyada ümumi yoluxanların sayı 7 065 904, ölənlərin sayı isə 189 582 nəfər təşkil edib. Həmçinin, 6 320 512 nəfər COVID-19-dan sağalıb.

Gürcüstanda ötən sutkada 2571 yeni yoluxma faktı təsdiq olunub. Virusa yoluxmuş 60 nəfər vəfat edib, 3668 nəfər virusdan sağalıb. Pandemiya dövründə qonşu ölkədə ümumi yoluxanların sayı 570 493 nəfər, sağalanların sayı isə 527 337 nəfər təşkil edir. Eyni zamanda, bu dövr ərzində koronavirus 7977 nəfərin həyatına son qoyub.

Ermənistanda koronavirusla bağlı vəziyyət digər ölkələrdən geri qalmır. Belə ki, son sutka ərzində bu ölkədə 645 yeni yoluxma halı aşkarlanıb və ümumilikdə pandemiya dövründə yoluxanların sayı 246 410 nəfər təşkil edib.

Həmçinin, son 24 saat ərzində Ermənistanda 15 nəfər koronavirusdan ölüb. Ümumilikdə bu ölkədə 4954 nəfər COVID-19-dan dünyasını dəyişib, 230 291 nəfər isə sağalıb.

Xəbər 1545 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +