İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.04.2021  11:54 

Almaniyada peyvənd olunanlar daha “COVID” testi verməyəcək





A+  A-

Almaniyanın səhiyyə naziri Yens Şpan koronavirusa qarşı peyvəndlənmiş vətəndaşların tezliklə hüquq və azadlıqlarını bərpa edə biləcəklərini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, nazir peyvənd olunan vətəndaşlara “COVID-19” testlərindən keçmək, özünü təcrid etmək və karantində qalmaq tələblərinin tətbiq edilməyəcəyini bildirib.

“Tam peyvənd vurduranlara mənfi test nəticəsi olanlar kimi yanaşılacaq” ,- deyə o qeyd edib.

Qərar “Robert Koch” İnstitutunun yeni elmi dəlillərinə əsaslanır. İnstitutun son hesabatına görə, 15 gün öncə peyvəndlənməni tamamlamış şəxslərdə yoluxdurma riski mənfi test nəticəsi göstərmiş şəxslərdən daha azdır. Hesabat 3 aprel tarixində Almaniyanın federal əyalətlərinə göndərilib.

Qərarın pandemiyanın üçüncü dalğası səngidikdə və məhdudiyyətlər götürüldükdə qüvvəyə minəcəyi gözlənilir.

Xəbər 1269 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +